10:45 23 Fevral 2018
Canlı yayım
Taksiyə minən şəxs

"Qanlı göl" yaxınlığında qeyri-adi hadisə

© Sputnik / Kirill Kallinikov
CƏMİYYƏT
Qısa URL
530 0 0

Quldurlar taksi sürücüsünü yerə düşürüb avtomobili oğurlayıblar, amma ertəsi gün maşın sağ-salamat tapılıb

BAKI, 18 dekabr — Sputnik. Dekabrın 16-dan 17-nə keçən gecə paytaxtın Yasamal rayonu ərazisində taksi sürücüsünə basqını edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Özəl daşıma xidməti ilə məşğul olan 1981-ci il təvəllüdlü Məmmədov Fərhad Gülbala oğlu Yasamal rayon Polis İdarəsinin 28-ci bölməsinə müraciət edib. O bildirib ki, gecə saat 2-də Mikayıl Müşfiq küçəsindəki 33 nömrəli binanın yaxınlığında onun "Mersedes" markalı avtomobilinə iki sərnişin oturub. Gənclər sürücüdən onları "Qanlı göl" deyilən əraziyə aparmağı xahiş ediblər. Orada naməlum sərnişinlər sürücünün boğazına bıçaq dirəyərək avtomobilini əlindən alıblar və özünü də adamların olmadığı yerdə maşından düşürərək gediblər. Hadisədən dərhal sonra zərərçəkmiş polisə müraciət edib.

Səhər saat 6-da əməliyyatçılar oğurlanmış avtomobili salamat şəkildə Yeni Yasamal qəsəbəsi ərazisində, Əkbərov küçəsində tapıblar. Şübhəli şəxslərin izinə düşmək və onları saxlamaq da mümkün olub. Məlum olub ki, onlar 1990-cı il təvəllüdlü Qasımov Telman Elman oğlu və 1994-cü il təvəllüdlü Bayramlı Asif Natiq oğludur.

O da məlum olub ki, bu, adıçəkilən şəxslərin elədiyi ilk quldurluq faktı deyil. Cütlük hadisədən bir gün əvvəl – dekabrın 15-də də Tələt Məmmədova basqın ediblər.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, dekabr ayı başlayandan indiyə kimi Bakı şəhərində 4 quldurluq hadisəsi baş verib. Bütün faktlar "isti izlər"lə açılıb.

Əlaqədar

Oyuncaq silahlı qulduru yaxalamaq çətin olmadı
Bakıda quldur basqınına məruz qalan kişi komaya düşüb
Bakıda quldurlar məşhur vəkilin "Hummer"inə hücum ediblər
Maskalı quldurlar yenidən Bakı sakinlərini narahat etməyə başlayıblar
Bakıda gənc qızın liderlik etdiyi quldur dəstəsi ələ keçdi
Teqlər:
"Qanlı göl", quldur, Yasamal rayonu, basqın, oğurluq, maşın, taksi

Əsas mövzular