09:45 25 Fevral 2018
Canlı yayım
Şəhər əhalisi

Ölkə vətəndaşlarına təcili xəbərdarlıq

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
82710

Bu xəbərdarlığa məhəl qoymayanlar cərimələnəcək

BAKI, 18 dekabr — Sputnik. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

Sputnik Azərbaycan qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

— doğum haqqında şəhadətnamənin surəti;

— ailə tərkibi haqqında arayış;

— təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

— təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

— tərcümeyi-hal;

— 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

Xidmət bəyan edir ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 851-VQD nömrəli Qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.

Əlaqədar

Hərbi xidməti başa vurmağa 10 günü qalmışdı...
Hərbi xidmətə çağırış haqqında sərəncam imzalanıb
Hərbi xidmətdə cinayətlə bağlı 175 nəfər axtarışa verilib
Növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb oluna bilər
Teqlər:
qeydiyyat, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu, cərimə

Əsas mövzular