09:14 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
113 0 0

Yeni il ərəfəsində turizm obyektlərində demək olar ki, boş yer qalmayıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 17 dekabr – Sputnik. Yeni il gecəsini qeyri-adi və yaddaqalan keçirmək istəyənlər ölkənin qış turizminin inkişaf etdiyi məkanlarda demək olar ki, boş yer qoymayıblar. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Yeni il gecəsini əsl qış nağılındakı kimi yaşamaq istəyənlər ölkəmizin qış turizm obyektlərinə artıq axın etməyə başlayıblar.  Şimal-qərb bölgəsində də vəziyyət eynidir. Qış turizminin ən çox inkişaf etdiyi Qəbələdə boş yer tapmaq müşkülə çevrilib.

Qəbələdə bu il də qış mövsümündə turist sıxlığı müşahidə olunur. Yeni il ərəfəsində turizm obyektlərində demək olar ki, boş yer qalmayıb. Sifarişçilərin çoxu yerli turistlərdir. Yeni ili Qəbələdə keçirmək istəyənlər iki ay öncədən sifarişlərini veriblər. Artıq otellərdə demək olar ki, boş yer tapmaq mümkün deyil.

Turizm obyektlərinə, hotellərə zəng edəndə isə belə bir cavab alırsan: “Yeni il gecəsinə yer bron etmək üçün aramısınızsa, bizdə dekabrın 30-dan yanvarın 4-dək yerlər çoxdan bron edilib. Hətta yeni il axşamı üçün ən baha otağımız belə qiymətinə baxmayaraq, artıq məşğuldur”. 

Turizm obyektlərində yer bron edənlərin çoxu ölkə vətəndaşlarıdır. Buna baxmayaraq, bayram günlərində ərəb ölkələrindən, Hindistan, Rusiya və digər ölkələrdən də turistlərin gələcəyi gözlənilir.  Ötən yeni il bayramı ərəfəsində 20 minə yaxın turisti qonaq edən Qəbələ bu il 30 mindən çox qonağa xidmət göstərməyi proqnozlaşdırır. Qiymətlərə gəlincə, burada bir günlük gecələmək üçün otellərdə  otaqların qiyməti 140 manatla 1000 manat arasında dəyişir. Xüsusi evlərdə qalmaq istəyənlər üçün isə qiyməti 50-500 manat arasında dəyişən evlər təklif olunur. Yeni ilin ardınca Qəbələ artıq 10 ildir keçirilən “Veselo” festivalına da ev sahibliyi edəcək. Yanvarın 4-dən 11-dək davam edəcək festivalda  müxtəlif idman turnirləri, əyləncəli müsabiqələr, rəqs master-klasları, konsertlər və s. olacaq.


Əlaqədar

Türkiyənin turizm cənnətində güclü fırtına, onlarla xəsarət alan var
Bu qəza ölkənin turizm bölgəsinə gedən yolu bağlaya bilər
Turizm cənnətində qadınların psixologiyasına nə təsir edir?!
Mədəniyyət və Turizm Nazirliyindən regionlara müjdə

Əsas mövzular