CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakininin qorxduğu oldu: evi başına uçuruldu - VİDEO

© Sputnik / Irade JELILBakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər
Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
Abunə olmaq
Qışqırmaması üçün Karina Əliyevanın əlini və ağzını belə bağlayıblar

BAKI, 15 dekabr — Sputnik. Bu gün Bakı şəhəri Səbail rayonu, Qurban Abbasov küçəsi 42 ünvanının sakinləri evlərinin yerində söküntü və tikinti işləri aparan "Dönüş" MMC-dən və Səbail rayon İcra Hakimiyyətindən narazılıqlarını dilə gətirmək üçün etiraz aksiyası keçirmişdilər. Ərazidə yaşayan Karina Əliyeva adlı sakin evinin söküləcəyindən narahat olduğunu dilə gətirərək bildirmişdi ki, evinin başına uçurulacağı qorxusu ilə yaşayır.

Bakı şəhəri Qurban Abbasov küçəsində sökülən evlər - Sputnik Azərbaycan
HADİSƏ
Qalmaqallı iş adamı Bakıda yenə "fırtına" qopardı

Müsahibimiz deyirdi ki, özünü “Dönüş” MMC-nin rəhbəri kimi təqdim edən Əli Həsənov sakinlərin heç bir istəyini nəzərə almır, onlara “burada rəhbər mənəm, torpaq mənimdir” deyir.

Bir neçə saat əvvəl Karina Əliyeva evdə ola-ola evi başına uçurulub. Bu barədə Sputnik Azərbaycan-a K.Əliyevanın qonşuları məlumat verib: “Əvvəlcə traktorla vurub evin qapısını, damını dağıtdılar. Karina xanımın əşyaları hələ evdə idi. Sonra da yük taksisi çağırıb əşyalarını daşıdılar. Ərazidə şirkətin nümayəndələri və polislər var. Bizi yaxın getməyə qoymurlar. Dərdimizi hər zaman polisə deyirdik, indi kimə deyək, bilmirik”. Sakinlərdən biri bildirib ki, MMC nümayəndələri qışqırmaması üçün Karina Əliyevanın əlini və ağzını belə bağlayıblar.

Sakinlər K.Əliyevanın evindən əşyaların fəhlələr tərəfindən daşınmasını əks etdirən videoya çəkiblər.

Xəbər lenti
0