CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məleykə Abbaszadə məktəb təhsilindən narazılığını bildirdi

© Sputnik / Murad OrujovTələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə - Sputnik Azərbaycan
Abunə olmaq
"Baxmayaraq ki, Sumqayıtda 3000-ə, Bakıda isə 20 minə yaxın məzun var"

BAKI, 14 dekabr — Sputnik. "9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30% şagird tədris prosesindən ayrılıb, 10-cu sinfə keçməyib". Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı keçirilən görüşdə deyib.

O bildirib ki, müxtəlif parametrlərə görə, Sumqayıtın nəticələri həmişə Bakının nəticələrindən yaxşı olub: "Bu il də Sumqayıtda XI sinfin buraxılış imtahanlarının nəticələri yüksəkdir, nəinki Bakının. Baxmayaraq ki, Sumqayıtda 3000-ə yaxın, Bakıda isə 20 minə yaxın məzun var".

Azərbaycanda icbari təhsilin 9 illik olduğunu xatırladan M.Abbaszadənin sözlərinə görə, DİM 14 və 15 dekabrda 38 şəhər və rayonun ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək. DİM sədri əlavə edib ki, monitorinq imtahanları dövlət vəsaiti hesabına təşkil olunacaq.

"XI sinfin buraxılış imtahanlarının nəticəsi təkcə məktəbin nəticəsi deyil, çünki şagirdlər məktəbdən əlavə hazırlaşırlar. Buna görə də IX və XI sinfin buraxılış imtahanlarında fərqi görürük" – deyə Direktorlar Şurasının sədri vurğulayıb.

Xəbər lenti
0