10:02 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxana

Bakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər...

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
87820

Yataqxananın divarlarını çöl tərəfdən mamır basıb, divarda müxtəlif otlar, əncir ağacı bitib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik. "Ocağıma əncir ağacı əkdin" ifadəsi hamınıza tanışdır. Yurd-yuvası kiminsə tərəfindən dağıdılan, xaraba qoyulan, viran edilən deyir çox zaman bu sözü.

Onların ocağına isə, sözün əsl mənasında təbiət özü əncir ağacı əkib. Həm də beş mərtəbəli binanın ikinci mərtəbəsinin divarına. Vəziyyət nə qədər komik, eyni zamanda acınacaqlı olsa da, təəssüflər ki, Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxana sakinlərinin vəziyyəti heç kimi maraqlandırmır.

Yataqxanada məcburi köçkün və qaçqın ailələr, şəhid ailələri yaşayır. Sakinlərin dediyinə görə, bina 2 dəfə – 2014 və 2016-cı illərdə qəzalı elan edilib. Bu il isə Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintiyə Nəzarət Agentliyi tərəfindən binaya bərpa-gücləndirilmə aktı yazılsa da, bina nə bərpa edilib, nə də bina sakinlərinin vəziyyəti ilə kimsə maraqlanıb.

Sakinlərin sözlərinə görə, agentlik Bakı Şəhər İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçürülmələri üçün müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

  • Babək prospektində yerləşən 1 saylı yataqxanadakı vəziyyət
    Babək prospektində yerləşən 1 saylı yataqxanadakı vəziyyət

1 / 12
© Sputnik / Irade JELIL
Babək prospektində yerləşən 1 saylı yataqxanadakı vəziyyət

"Binada bir dənə də olsun dəmir konstruksiya yoxdur. Bina istismar müddətini bitirib. Artıq binanın daşlarında torpaqlaşma getdiyi üçün divarlarda ağaclar bitib. Binada panellərin arasından su başımıza tökülür. Sanitar qovşaqlarından normal şəkildə istifadə edə bilmirik. Panellərin arasında olan armaturlar belə istismar müddətini başa vurub. Bina hər an uçma təhlükəsi ilə qarşı-qarşıyadır" — deyir Fatma Talıbova.

O, sözügedən yataqxanada 1993-cü ildən yaşadığını bildirir. Füzuli qaçqınıdır, Bakıya gələndən bu yataqxanada məskunlaşıb: "Əvvəlcə yataqxananın vəziyyəti normal olsa da, illər keçdikcə istismar müddətini bitirib. İndi yataqxanada vəziyyət acınacaqlıdır. Döşəmələr çürüyüb, divarlar rütubətdən kif atıb, mənzillərin tavanı damır".

Yataqxananın ümumi hamam otağı sıradan çıxdığı üçün sakinlər mətbəxdə həm yemək bişirir, həm də çimirlər. Yataqxana sakini Natiq Novruzzadənin sözlərinə görə, dövlət tərəfindən müəyyən güzəştlərə sahib olsalar da, bu şəraitdə yaşamaq çox çətindir.

Sakinlər hesab edirlər ki, onlar aidiyyatı qurumların yadından çıxıblar. "Fikir verin, burada yaşamaq olarmı? Mənim oğlum iki il əsgərliyə gedə bilmədi. İki il müalicə aldı. Sonra birtəhər sağaldı. Göndərdim əsgərliyə" – deyən Tükəzban Hüseynova 1996-cı ildən bu yataqxanada yaşadığını bildirir.

Yataqxananın gənc sakinlərinin sözlərinə görə, binanın acınacaqlı vəziyyəti onların sağlamlığına da təsir edib. Birinin revmatizması var, digərinin onurğa sütununda problemi.

Yataqxananın dəhlizlərinin döşəməsi o qədər dəlik-deşikdir ki, sakinlər mənə hər addımda "ehtiyatlı olun, yıxılarsınız" deyə xəbərdarlıq edirdilər. Qeyd edim ki, yataqxananın divarlarını çöl tərəfdən mamır basıb, divarda müxtəlif otlar, əncir ağacı bitib.

Yataqxana sakini Pərişan Qurbanova deyir ki, oğlu 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb: "Özüm də 1992-ci ildən burada yaşayıram. Şəraitimiz də bərbad, özünüz görürsünüz. Mətbəxdə həm yemək bişiririk, həm də çimirik. Təsəvvür edin, biri çimir, o biri qapını döyür ki, çıx, mən yemək bişirəcəyəm".

Sakinlər onu da əlavə edirlər ki, həyətlərinin yarısı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən satılıb və hazırda həyətdə yeni çoxmərtəbəli bina tikilir: "Bizim üçün bir kiçik yol qoyublar. Bir yanğın olsa, maşınlar girə bilməyəcək ki, alovu söndürsün. Yataqxananın dəhlizləri o qədər darısqaldır ki, yanğın olsa, elə sakinlər içəridə boğulub öləcək".

Sonra yataqxananın zirzəmisinə düşürəm. Kif qoxusu verən, su dolu zirzəmiyə davamlı olaraq haradansa su axır. Binanın hər an çökmə ehtimalı var.

Diqqətə çatdıraq ki, hazırda binada 112 ailə yaşayır. Və onların həyatı təhlükədədir.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.

Əlaqədar

Mehriban Əliyeva: "Qəzalı binalarda yaşayanlar tezliklə yeni mənzillərə köçürülməlidir"
Qəzalı yataqxanaların sakinlərinə ayda 250 manat kirayə pulu ödəniləcək
Bakının bütün rayonlarında qəzalı binalar söküləcək
Yataqxanadakı yanğından ziyan görənlərin bir problemi həll olundu: rəsmi
Yanan yataqxananın sakinləri: qorxuruq...
Yanan yataqxananın sakinləri: "Dərdimizi kimə deyək?"
Teqlər:
Nizami Rayon İcra Hakimiyyəti, əncir ağacı, divar, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, məcburi köçkün, sakin, bina, yataqxana, qaçqın

Əsas mövzular