CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərxoş halda avtomobil idarə edən əlillər inzibati qaydada həbs edilə bilərmi?

CC0 / SplitShire / DrivingSürücü və sərnişin, arxiv şəkli
Sürücü və sərnişin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İXM-də belə maddələr həddən artıq çoxdur

BAKI, 13 dekabr — Sputnik. "Qanunlarımızdakı qüsurlar barədə çox yazmışıq. Təəssüf ki, belə qüsurlar artır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb.

Hüseynov qeyd edib ki, qüsurların bəziləri təcrübədə az görünür, yaxud müxtəlif üsullarla vəziyyətdən çıxmaq olur, amma elələri də var ki, onlar hər şeyi iflic edir.

"İnzibati Xətalar Məcəlləsinin (İXM) 334.4-cü maddəsi sürücülük hüququ olmayan sərxoş şəxsin avtobusu sərnişinlər ola-ola idarə etməsinə görə, 1 aydan 2 ayadək həbs nəzərdə tutur. DYP əməkdaşları belə bir fakt aşkarlayırlar, protokol tərtib edərək işi məhkəməyə verirlər (bu işə yalnız məhkəmə baxa bilər). Hakim araşdıranda görür ki, bu adam 2-ci qrup əlildir. İXM-in 30.2-ci maddəsi isə konkret olaraq 2-ci qrup əlili inzibati qaydada həbs etməyi qadağan edir. Hakim tanışım deyir ki, indi mən nə edim? Məsləhət verdim ki, məsuliyyətdən azad et, getsin gəzməyinə, çünki sanksiyanı dəyişmək də nəzərdə tutulmur. O da elə belə də edib. Yəni qanundakı qüsura görə belə bir təhlükəli əməli törədən adam tam məsuliyyətdən kənar qalır" — yazan hüquqşünas, həmçinin qeyd edib ki, İXM-də belə maddələr həddən artıq çoxdur…

Xəbər lenti
0