22:22 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
281 0 0

Tədris ili yaz və payız semestrindən ibarət olacaq

BAKI, 12 dekabr — Sputnik. UNEC-də doktorantura pilləsi üzrə tədris proqramı və imtahanların təşkili qaydaları hazırlanıb.

Sputnik Azərbaycan UNEC-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qaydalar doktorantura təhsilinin məzmunu, elmi tədqiqat işləri, tədris yükünün həcmi, tədris mərhələlərinin müddəti, tədris növləri və ayrı-ayrı fənlərin həcmini əhatə edir. Yeni qaydalara görə, doktorant və dissertantlara ilk 1 il müddətində beynəlxalq təcrübəyə uyğun tədqiqatyönümlü dərslər təşkil olunacaq.

Yeni qaydalarda doktorantların mobilliyini təmin edən göstəricilər və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları da açıqlanıb. Bu qaydalarda həm doktoranturaya qəbul imtahanlarının, həm də doktorluq imtahanlarının təşkili və keçirilməsi üzrə müasir tələblər qeyd edilib.

Qeyd edək ki, tədris ili yaz və payız semestrindən ibarət olacaq.

Əlaqədar

UNEC Rusiyada beynəlxalq sərgidə çıxış edib
UNEC magistrləri daha bir cəlbedici təklif
Fransalı rektor: "UNEC çox yaxşı universitetdir"
Millət vəkili: "UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq"
Teqlər:
doktorantura, imtahan, UNEC, dəyişiklik, qaydalar, tədris proqramı

Əsas mövzular