02:50 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Müğənni İradə İbrahimova

Röyanın “xala” adlandırdığı müğənni cavabı gecikdirmədi

© Photo : Instagram / iradeibrahimova
CƏMİYYƏT
Qısa URL
316802

İradə İbrahimova: "Əməkdar artistsən, bu adı daşıyan sənətçinin ara sözlər işlətməyi, ən azından dinləyicisinə hörmətsizlikdir"

BAKI, 12 dekabr — Sputnik. İradə İbrahimova ilə Röya arasındakı qalmaqal daha da alovlanır. Bir neçə gün öncə Röya açıqlamasında İradə İbrahimovanı "İradə xala" deyərək təhqir etmişdi.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni Röyanı cavabsız qoymayıb və şəxsi “Instagram” səhifəsində ona cavab yazıb: "Barəmdə dediyin "quş", "İradə xala", "bilet alım, minin uçun", "kamaz" kimi kəlmələri sənə yaraşdırmıram desəm, yalan olar. Əslində, məni vurmağa çalışarkən, haqq etdiyin rəsmi çizmisən. Gəl sənə balaca bir tövsiyə verim. "Xala" dediyin insanla sənin aranda 2 yaş fərqi var. Özün 2 yaş kiçiklərin gözündə artıq "Röya xala" olmusansa, bunu "böyüklüyünə" keçirəm. Müsahibəmə gəlincə, özüm də daxil olmaqla, mən Azərbaycandakı ulduzun Türkiyədə ulduz ola bilməyəcəyini anlatmışam”.

“Sən "Altın kelebek"də "Azərbaycanın parlayan yıldızı" nominasiyasını aldın. Sən zatən, Azərbaycanın “star”ısan. Amma 44 ildə keçirilən mükafatlandırmada ilk dəfə belə bir nominasiya gördük. Daha əvvəl alan varsa, desin bilək. "Kelebek" qəzetini qınayıram, mükafat verirdilərsə, gərək "Türkiyədə parlamaq istəyən ulduz" mükafatı verəydilər, bu daha məntiqli olardı. Azərbaycanın “star”ı olduğunu xatırlatmağa nə gərək var idi. Mükafatın dadını çıxar. Ara sözlərinlə gündəmə gəlmə" – deyə İ.İbrahimova qeyd edib.

İradə İbrahimova Nigar Camal ilə Röya arasında gedən “soyuq müharibə”yə də münasibət bildirib: "Nigar Camal Türkiyədə deyil, dünyada keçirilən və Azərbaycanı həm də bu sferadan dünyaya tanıdan "Eurovision"nun qalibidir. Sən isə "Kelebey"inlə yazdığın tənqidi cümləndə ona meydan oxumaq istəmisən. Nigar Camala dediyin "İradə xala kimi sənə də sonra çatdı?" cümləndə əslində özün-özünü vurursan. İradə bilirdi o cümlədə söhbət kimdən gedir. Sadəcə, gülüb keçdim. Önəmsəmədim. Amma sənin mətbuat katibin (səs yazısı məndə durur) israrla orada söhbətin mən İradədən yox, çamaşırxanada çalışan İradə xaladan getdiyini bizə ərz etdi. Mən də düşündüm ki, Röyanın sözçüsü bunu deyirsə, bunlar biri-birinin fikrini təkzib edə bilməz. "Azərbaycanın parlayan ulduzu"nun fikrini öz işçisi təkzib edirsə, mənim nəsə söyləməyim, səni ikinci dəfə vurmuş olacaq, deyə düşünürəm. Amma sən yenə susmadın”.

İ.İbrahimova Röyanın işlətdiyi xoşagəlməz sözləri pərəstişkarlarına hörmətsizlik kimi qiymətləndirib: “O ki qaldı bilet almağa, mənim elə vərdişlərim yoxdu, "Röyaləcan… Sənə son sözüm, "aldığın ödülün dadını çıxar, səhnədən enər-enməz İradəyə nə deyəcəyini düşünmə. Sən zatən “star”san. Ən önəmlisi isə Əməkdar artistsən. Bu şərəfli adı daşıyan sənətçinin yuxarıda hallandırdığım ara sözləri işlətməyi, ən azından dinləyicisinə hörmətsizlikdir".

Əlaqədar

Məşhur müğənni ağır əməliyyat olundu: yeni ürək köçürüldü
Daha bir müğənnimizin ailə həyatı barədə: "Hər şey bitdi"
Məşhur müğənni vəfat etdi
Yenidən Pərvin Abıyeva: "Aktrisa və ya müğənnisənsə, deməli fahişəsən..."
Məşhur müğənni intim səhnəli klip təqdim etdi
Teqlər:
Röya, təhqir, İradə İbrahimova, əməkdar artist, qalmaqal, cavab

Əsas mövzular