21:58 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
920410

Millət vəkili SOS verdi: Bunlar gələcəyimizi məhv edir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Virtual məkan gündəlik həyatımızın bir parçasına çevrilib. Həm böyüklər, həm də uşaqlar smartfonlar və digər rəqəmsal texnologiyalardan istifadə edir, internet, sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Ona görə də internetin müsbət və mənfi təsirlərini bilmək və uşaqlara internetdən səmərəli və təhlükəsiz istifadə qaydalarını öyrətmək olduqca önəmlidir.

Millət vəkili Sevinc Fətəliyeva
© Sputnik / Irade JELIL
Millət vəkili Sevinc Fətəliyeva

Millət vəkili Sevinc Fətəliyeva Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, virtual məkanda ünsiyyətin uşaqlar üzərində ən qabarıq təsirlərindən biri onların şifahi nitq qabiliyyətlərinin zəifləməsi, özlərini ifadə etməkdə çətinliklərin yaranmasıdır: "Bəzən isə virtual məkanda veb-saytlardan, sosial şəbəkələrdən, yaxud onlayn oyunlardan qaynaqlanan zorakılıq riski real həyatdakı zorakılıqdan daha təhlükəli ola bilir".

"Zərərli informasiyaya çıxış çox təhlükəli faktordur. Zorakılığın təbliği, radikalizm, dini dözümsüzlük, terrorizm və ekstremizm uşaqların yaşadığı ailə, icma və cəmiyyət dəyərlərindən uzaqlaşmasına səbəb olur" — deputat bildirib.

Millət vəkili qeyd edib ki, internetdən istifadənin uşaqlara zərərinin qarşısını almaq üçün maarifləndirici kampaniyalar aparmaq, "internetdən təhlükəsiz istifadə" proqramları həyata keçirmək lazımdır: "Həmçinin bələdiyyələr və QHT-lərin iştirakı ilə regional seminarlar təşkil etmək və nəsillər arasında "texnoloji (rəqəmsal) boşluğu" kiçiltmək vacibdir".

"Uşaqlarının yaşadığı mühiti daha yaxşı başa düşmələri üçün valideynlər internetdən istifadənin təməl prinsiplərini bilməlidirlər. Uşaqların internetdən istifadəsi ilə bağlı sərhədlər qoyulmalıdır. Hər bir istifadəçi və vətəndaş bilməlidir ki, virtual məkanda aqressiv davranış və başqalarının hüquqlarını pozan digər hərəkətlər barədə müvafiq qurumlara xəbər verilməlidir və buna nə qədər çox əməl olunarsa, internetdən istifadə hər birimiz üçün bir o qədər təhlükəsiz olacaq" — S.Fətəliyeva əlavə edib.

Əlaqədar

Uşaqlarınızı qoruyun: “Mavi balina” yenə can aldı
Məşhur idmançının ailəsində dəhşət: arvadı bir uşağını boğdu, o birini bıçaqladı
Azərbaycanda uşaqlar niyə intihar edir? – Səhiyyə Nazirliyi açıqladı
Azərbaycanda uşaqların sevdiyi şokoladın içində narkotik aşkarlanıb?
Uşaqlara qışqırmayın, şəkərə tutula bilərlər
Sirkdən qaçan pələng uşaqlara hücum edib
Teqlər:
virtual məkan, millət vəki, aqressiya, valideyn, zərər, Sevinc Fətəliyeva, internet, deputat, uşaq

Əsas mövzular