12:32 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
198 0 0

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

BAKI, 11 dekabr — Sputnik. Azərbaycanda bir mənzilin bir neçə şəxsə satılmasının qarşının alınması məqsədi ilə hazırlanan qanun layihəsinin detalları açıqlanıb. Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, Mülki Məcəllənin 144-cü (Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi) maddəsinin 144.2-1-ci bəndi yeni redaksiyada verilir.

Bəndə əsasən, sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması məqsədilə "Notariat haqqında" qanuna uyğun olaraq notariuslarla daşınmaz əmlakın dövlət reyestri arasında məlumat və sənəd mübadiləsi imkanı, o cümlədən notariusların daşınmaz əmlakın dövlət reyestrinə elektron qaydada birbaşa çıxışı təmin edilməlidir.

144.3-cü bəndə əsasən, notarius daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair müqaviləni təsdiqlədikdən dərhal sonra onu elektron formada informasiya sistemləri vasitəsilə və təsdiqlənmiş yazılı formada sifarişli poçt göndərişi vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə göndərməlidir. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına dair ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır.

Məcəllənin 144.5-cü bəndi də yeni redaksiyada verilir. Belə ki, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır.

Layihədə bildirilir ki, hazırki qanunvericilik tikintisi başa çatmayan binaların tərkib hissələrinin (mənzillərinin) alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı məsələləri dəqiq tənzimləmədiyinə görə, bu sahədə xeyli çatışmazlıqlar, o cümlədən mənzillərin, eyni zamanda bir neçə şəxsə satılması və s. kimi sui-istifadə halları yaranır.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Əlaqədar

Mənzil alanlar da çaşqınlıq içində, satanlar da: bu vəziyyətdə nə etməli?
Mənzillərə nə zaman istilik veriləcək? – Vaxt açıqlandı
Bakıda mənzil almağı xəyal etməyənlər, orada imarət sahibi olurlar
"Bahalı mənzil, hələ o binanın keyfiyyətli olması demək deyil"
Teqlər:
daşınmaz əmlak, satış, mənzil, Azərbaycan, qanun

Əsas mövzular