13:11 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Əli qandallanmış adam, arxiv şəkli

Millət vəkili: "Belə addım atmasaydıq, məsuliyyətdən yayına bilərdilər"

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
407 0 0

Vüsal Hüseynov: "Yeni tətbiqetmə məhkumun yerinin müəyyən edilməsini asanlaşdıracaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında Cəzaların İcrası Məcəlləsinin 178-ci maddəsinə (cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət), 182-ci maddəsinə (şərti məhkum edilmiş şəxslərin məsuliyyəti) dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, 178.7-ci maddədə "Otuz" sözü "On" sözü ilə əvəz edilib və "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə olunub.

Mövcud maddədə deyilir ki, otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.

Təklif olunan variantda isə deyilir ki, on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, onun işinə işlək vəziyyətdə saxlanılması üçün xidmət göstərməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.

Digər dəyişiklik həmin məcəllənin 182-ci maddəsinə (şərti məhkum edilmiş şəxslərin məsuliyyəti) edilib. Dəyişikliyə əsasən, 182.5-ci maddədə "Otuz" sözü "On" sözü ilə əvəz edilib və "edilməyən" sözündən sonra "və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan" sözləri əlavə olunub.

Həbsxana
© Sputnik / Aleksey Filippov

Mövcud mətndə deyilir ki, otuz gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.

Təklif olunan variantda isə deyilir ki, on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir.

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu dəyişikliklərə Cinayət Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə edilən digər dəyişikliklərlə paralel baxmaq lazımdır: "Dəyişikliklərə əsasən, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə məhkəmənin qərarı ilə elektron nəzarət vasitələri tətbiq edilə bilər".

"Aydındır ki, həmin şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi onlar üçün elektron nəzarət vasitələrini gəzdirmək, onların işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərmək, elektron nəzarət vasitələrini zədələməmək və ya digər üsulla yararsız hala salmamaq kimi vəzifələr yaradır. Cəzaların İcrası Məcəlləsinin 178.7. və 182.5. maddələrinə edilən dəyişikliklər bununla bağlıdır" — deputat bildirib.

"Bundan başqa, Cəzaların İcrası Məcəlləsinin 178.7. və 182.5. maddələrinə edilən dəyişikliklərə əsasən, şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından azad edilmiş şəxslərin olduğu yer bundan sonra 30 gündən artıq müddətdə deyil, 10 gündən artıq müddətdə müəyyən edilmədikdə şəxs ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab ediləcək" — V. Hüseynov əlavə edib.

Onun sözlərinə görə, bu dəyişiklik yeni elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlıdır: "Belə ki, elektron nəzarət vasitələrinin tətbiqi məhkumun yerinin müəyyən edilməsini və nəzarət imkanlarını asanlaşdıracaq. Qanunda əvvəl olan 30 günlük müddət əvvəlki şərtlər daxilində məqbul hesab olunsa da, elektron nəzarət vasitələri tətbiq olunmuş şəxsin yerinin 30 gün müəyyən olunmaması məsuliyyətdən yayınmaq üçün imkanlar yarada bilər. Bu baxımdan 10 günlük daha qısa müddət müəyyən edilib".

Qeyd edək ki, dəyişikliklər "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təklif edilib.

Əlaqədar

Azərbaycanda məhkum qadınların sayı kəskin artıb — Səbəb
İsmayılov: “Məhkumluqdan sonra insanların reabilitasiya olunmasında problemlər var”
Rusiyadakı azərbaycanlı məhkumların sayı açıqlandı
Məhkumlarla görüş saatları artırılıb
Narkotik becərən keçmiş məhkum həbs edilib
Teqlər:
Cəzaların İcrası Məcəlləsi, Sputnik Azərbaycan, məhkum, Milli Məclis, cəza

Əsas mövzular