CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AMAY-da dəhşətli ölüm: gənc oğlan liftin arasında qaldı

© Sputnik / Aleksey Nichukin / Mediabanka keçidLift
Lift - Sputnik Azərbaycan
Abunə olmaq
Liftdə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib

BAKI, 10 dekabr — Sputnik. Bakıda bədbəxt hadisə nəticəsində 28 yaşlı oğlan ölüb. Sputnik Azərbaycan Fövqəlarə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonu ərazisində "AMAY" ticarət mərkəzindəki liftin təmiri zamanı 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, liftdə təmir işləri görən 1989-cu il təvəllüdlü Şərifov Səfa Ramiz oğlu liftin xarici divarı ilə şaxtanın divarı arasında sıxılmış vəziyyətdə qalaraq vəfat edib. Xilasedicilər S.Şərifovun cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Xəbər lenti
0