CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tovuzda məktəb yandı: 254 şagird çətin vəziyyətdə qalıb

© Sputnik / Ilham MustafayevTovuz rayonu Aşağı Quşçu kənd ümumi orta məktəbi baş vermiş yanğından sonra
Tovuz rayonu Aşağı Quşçu kənd ümumi orta məktəbi baş vermiş yanğından sonra - Sputnik Azərbaycan
Abunə olmaq
İkimərtəbəli məktəb binasının yuxarı mərtəbəsi yanaraq yararsız hala düşüb

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Tovuz rayonu Aşağı Quşçu kənd ümumi orta məktəbində yanğın hadisəsi məktəb rəhbərliyini çətin duruma salıb. Belə ki, dekabrın 8-i axşam saatlarında ikimərtəbəli təhsil müəssisəsinin damında qəfil başlayan yanğın qısa vaxt ərzində böyüyərək binanın ikinci mərtəbəsinə keçib.

Nəticədə, məktəbin damı, ikinci mərtəbənin tavanı, qapı və pəncərələr, eləcə də sinif əşyaları yanaraq kül olub. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb və birinci mərtəbəyə keçməsinin qarşısı alınıb.

© Sputnik / Ilham MustafayevTovuz rayonu Aşağı Quşçu kənd ümumi orta məktəbi baş vermiş yanğından sonra
Tovuz rayonu Aşağı Quşçu kənd ümumi orta məktəbi baş vermiş yanğından sonra - Sputnik Azərbaycan
1/6
Tovuz rayonu Aşağı Quşçu kənd ümumi orta məktəbi baş vermiş yanğından sonra

2/6

3/6

4/6

5/6

6/6

Hadisə barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə açıqlama verən məktəbin direktor əvəzi Aynur Məmmədova yanğının ikinci mərtəbənin tavanında elektrik naqillərində yaranan qısaqapanmadan başladığını bildirib.

İstanbul Universiteti - Sputnik Azərbaycan
Məşhur universitetdə yanğın

"Məktəbimizin elektrik naqilləri qəzalı vəziyyətdə idi. Dəfələrlə binanın elektrik xətlərinin nasazlığı barədə rayon Elektrik Şəbəkəsinə məlumat vermişik. Məktəbin daxili imkanları o səviyyədə deyil ki, binanın xətlərini yenidən quraq. Buna bizim səlahiyyətimiz də çatmır" – deyə direktor əvəzi qeyd edib.

Aşağı Quşçu məktəbinin iki korpusdan ibarət olduğunu deyən A.Məmmədova yanan binada 217 şagirdin, 37 nəfər məktəbəhazırlıq kursuna gələn uşağın təhsil aldığını deyib. Tədrisin davam etdirilməsinə gəlincə, Aynur Məmmədova hazırda yanğından mühafizə olunan birinci mərtəbədə təmizlik işləri getdiyini və şagirdlərin təhsilinin bundan sonra ikinövbəli qaydada davam etdiriləcəyini bildirib.

Hadisə yerində araşdırma aparan Fövqəladə Halların Əməliyyat İstintaq İdarəsinin əməkdaşı Akif Bayramov Sputnik Azərbaycan-a açıqlamasında yanğının ikinci mərtəbənin tavanında yerləşən naqillərin qısaqapanması nəticəsində baş verdiyini təsdiq edib.

Xəbər lenti
0