CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dörd gün əvvəl evdən qaçan qız şəhərin mərkəzində atası ilə qarşılaşdı

Abunə olmaq
Ata qızını bağışlasa da, yaşının az olmasına baxmayaraq, onu sorğusuz-sualsız qəbul edən oteldən polisə şikayət edib

BAKI, 8 dekabr — Sputnik. İstanbulda maraqlı hadisə yaşanıb. Dekabrın 3-də məktub yazıb qoyaraq evdən qaçan Ceren Ömür şəhərin mərkəzindəki Taksim meydanında təsadüfən atası ilə qarşılaşıb.

© Photo : Milliyet.com.trCeren Ömür
Ceren Ömür - Sputnik Azərbaycan
Ceren Ömür

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, 4 gündür gecə-gündüz qızını axtaran ata Ercan Koca Cerenin tez-tez getdiyi məkanlara üz tutsa da onu tapa bilmirdi. Hətta iş o yerə çatmışdı ki, məsələyə dünyaca məşhur türk motosikletçi Kənan Sofuoğlu da qarışaraq internet vasitəsilə Cereni evə qayıtmağa çağırmışdı. Çünki Ceren onun pərəstişkarı idi.

Nəhayət, dünən gecə ata Ercan Koca Taksimdə qızını axtararkən birdən onu qarşısında görüb. Bir anda şok keçirən Ceren göz yaşlarına boğulub. O, atasını qucaqlayaraq üzr istəyib və bir də evdən qaçmayacağına söz verib. Ata qızını bağışlasa da yaşının az olmasına baxmayaraq, sorğusuz-sualsız onu qəbul edən oteldən polisə şikayət edib.

Xəbər lenti
0