22:41 13 Dekabr 2017
Canlı yayım
Qubaya yağan qar

Qar bu bölgədə də fəsadlar yaratdı

© Sputnik / Leyla Abdullayeva
CƏMİYYƏT
Qısa URL
201 0 0

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 40 sm-ə çatır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 7 dekabr — Sputnik. Dünən günorta saatlarından yağmağa başlayan qar şimal rayonlarımızda fəsadlara yol açıb. Quba və Xızı rayon əhalisinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdikləri məlumata görə, havanın tempraturu mənfi 6-8 dərəcə aşağı düşüb.

Qubanın Xınalıq kəndində qarın hündürlüyü 40 sm-ə çatır. Bu səbəbdən rayon mərkəzinə gedən yol bağlanıb, rayon ilə nəqliyyat əlaqəsi kəsilib. Elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.

Hal-hazırda Xınalıq yolunun qardan təmizlənməsi üzrə işlər aparılır.

Eyni vəziyyət Xızının Altıağac qəsəbəsində və Şabranın Qızılqazma kəndində də baş verib.Qarın çox yağdığından rayonla gediş-gəliş çətinləşib.

Onu da qeyd edək ki, bu gecə ən çox qar məhz şimal bölgəsinə yağıb. Qar örtüyünün hündürlüyü təxminən Şahdağda 33, Xınalıqda 40, Ləzə və Təngaltında 20, Xızıda 25, Altıağacda 35, Şabranın Qızılqazma kəndində isə 15-20 sm olub.

Əlaqədar

Sabah qar yağacaq
Qar uçqunu nəticəsində 3 turist öldü
Bəzi rayonlarda qar və şaxta gözlənilir
Azərbaycanın bu bölgəsində də qar yağıb

Əsas mövzular