22:38 13 Dekabr 2017
Canlı yayım
YouTube-un ana səhifəsi

Qalmaqallı videonun Azərbaycana aidiyyatı yoxmuş - Rəsmi

© AFP / Nicholas KAMM
CƏMİYYƏT
Qısa URL
84 0 0

DİN: "Sosial şəbəkələrdə yayılmış itin uşağı dişləməsi görüntüləri Bakıda çəkilməyib"

BAKI, 7 dekabr — Sputnik. “Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılmış itin uşağı dişləməsi görüntülərinin Bakıda çəkilməsi öz təsdiqini tapmayıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev deyib.

O bildirib ki, həmin video Bakıda çəkilməyib.

“Məsələ araşdırılıb və məlum olub ki, həmin hadisə bir neçə il əvvəl xarici ölkədə olub” — deyə İ.Babayev qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoda hadisənin Bakının mərkəzində baş verdiyi iddia olunub.

Əlaqədar

DİN-ə yeni səlahiyyət verildi
Gürcüstan DİN azərbaycanlıların güllələnməsi ilə bağlı məlumat yayıb
Din xadimlərinə rəsmi səlahiyyət verilir - Təfərrüat
DİN Qalib Rəhimovun oğlu ilə bağlı məsələyə aydınlıq gətirdi
DİN vətəndaşlara müraciət edir: Bu meyiti tanıyan varsa...

Əsas mövzular