04:26 15 Dekabr 2017
Canlı yayım
Səhər yeməyi, arxiv şəkli

Səhər yeməyi ilə bağlı inanılmaz tədqiqat: Yeyin ki, ölməyəsiz

CC0 / jill111 / breakfast
CƏMİYYƏT
Qısa URL
175 0 0

Səhər yeməyi yeməyənlərin metabolizmlərində ciddi pozuntular müşahidə edilir

BAKI, 7 dekabr — Sputnik. Alimlər səhər yeməyinin vacibliyini təsdiq edən araşdırma aparıblar. Sputnik Azərbaycan saglamolun.az-a istinadən bildirir ki, bu yaxınlarda alimlər və diyetoloqların birgə apardıqları tədqiqatların nəticələri onları şoka alıb.

Məlum olub ki, daim səhər yeməyindən imtina etmək şəkərli diabet və ya infarktın yaranmasına səbəb ola bilər. Alimlər bildiriblər ki, insan orqanizmində maddələr mübadiləsinə cavabdeh genlər var. Bu strukturda meydana çıxan qarışıqlıq prosesin kontroldan çıxmasına səbəb olur.

Bundan əlavə, alimlər irəli sürdükləri nəzəriyyəni praktikada sübut etmək qərarına gəliblər. Bu məqsədlə aparılan tədqiqatlarda 21-60 yaş arası iki qrupdan ibarət 49 könüllü iştirak edib. Birinci qrupa daxil olanlar altı ay müddətində hər gün mütəmadi olaraq səhər yeməyi yeyiblər. Digər qrupun nümayəndələri isə günortaya qədər qida qəbul etməyiblər. Sonda iştirakçıların analiz nəticələrinə görə bəlli olub ki, səhər yeməyi yeməyənlərin metabolizmlərində ciddi pozuntular müşahidə edilir.

Əlaqədar

Bu qidaları yemək olmaz!
Gürzə — qorxunc adlı dadlı yemək
Hər gün bu meyvəni yemək üçün yeddi səbəb var
Onu yemək bişirəndə taxmayın, gözünüz alışıb yana bilər
Günəşə bənzəyən yemək
Teqlər:
səhər yeməyi, şəkərli diabet, infarkt, araşdırma

Əsas mövzular