CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əməli törədən də, ona şərait yaradan da, buna qarşı tədbir görməyən də cəzalandırılacaq

© Sputnik / Murad OrujovMəmur
Məmur - Sputnik Azərbaycan
Abunə olmaq
İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyət müəyyən edilir

BAKI, 7 dekabr — Sputnik. Milli Məclisin dekabrın 1-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, həmin məcəlləyə 388-1-ci maddə əlavə edilib.

Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
Vəzifəli şəxslər bu hərəkətə görə cəzalandırılacaqlar

Həmin maddə "İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması" adlanır.

Əlavəyə görə:

— internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə;

— internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə

fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə — vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Наручники, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda güzəşt limiti azaldıldı: Cəmi on gün...

Digər dəyişikliklə həmin məcəlləyə 370-1-ci maddə əlavə olunub. Bu dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu dəyişikliklər "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun və "Telekommunikasiya haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycanın 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif edilib.

Həmin qanunlardan irəli gələn müddəalara uyğun olaraq İnzibati Xətalar Məcəlləsində İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına (maddə 370-1) və İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına (maddə 388-1) görə məsuliyyət müəyyən edilir.

Xəbər lenti
0