00:40 28 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
83703

Məhəmməd Hadi küçəsində qalaqlanmış zibil yarım saata təmizləndi

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Bu gün yolum Xətai rayonunda "Həzi Aslanov" metrostansiyasının ərazisindən düşmüşdü. Məhəmməd Hadi küçəsində qalaqlanmış zibil qutularını görəndə şəklini çəkməyə başladım. Ərazi sakinləri yaxınlaşıb, ümidsizcəsinə "Nə qədər çəkirsən çək, heç nə olan deyil" dedilər.

Onların sözlərinə görə, dəfələrlə ərazidə zibil qalaqlandığına görə müvafiq qurumlara müraciət edilib. Amma təəssüf olsun ki, bu günə kimi heç bir nəticəsi olmayıb. Ərazidəki zibil həftədən, 10 gündən bir təmizlənir.

Məhəmməd Hadi küçəsində zibillik
© Sputnik / Irade JELIL
Məhəmməd Hadi küçəsində zibillik

Sakinlərin iddialarına görə, ərazidəki binalar TİKMAK adlanan şirkətə məxsusdur. Binaların qarşısındakı zibil qutularına isə təkcə bina sakinləri tərəfindən yox, ətraf mağazaların və yaşayış evlərinin zibili də atılır. Təmizləyən isə, demək olar ki, yoxdur.

"Həftədə, 10 gündə, ayda bir dəfə kiminsə yadına düşəndə zibil təmizlənir. Başqa vaxt burada zibil əlindən tərpənmək olmur. Bir balaca külək olan kimi zibil ətrafa səpələnir" — sakinlər bildirirlər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə əlaqə saxladıq. Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məsələ ilə tanış olduqdan sonra əraziyə nazirliyin əməkdaşları göndərildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidəki yığılıb qalmış zibillərin daşınması ilə məşğuldurlar
© Foto Raqub Mirzəyev tərəfindən təqdim olunub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidəki yığılıb qalmış zibillərin daşınması ilə məşğuldurlar

Raqub Mirzəyevin sözlərinə görə, Məhəmməd Hadi küçəsi 70, 72, 74, 76 ünvanlarında zibil qalaqları təmizlənir: "Əraziyə nəzarət edən komendanta isə protokol tərtib edilib. Fiziki şəxs Talıblı İsa Xəlil oğlu üçün İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən protokol tərtib edilib. Şəxs 500-800 manat məbləğində cərimə edilib. Hazırda ərazidə təmizlik işləri gedir".

Ərazinin təmizləndikdən sonrakı vəziyyəti
© Foto Raqub Mirzəyev tərəfindən təqdim olunub
Ərazinin təmizləndikdən sonrakı vəziyyəti

Əlaqədar

Yeni qərar: zibil də daşıya bilərsiniz, ev də tikə bilərsiniz
Zibillikdə eşələnənlər üçün şad xəbər: milyonçu olmaq şansınız var
Nazirlik rəsmisi: “Regionlarda zibilxananlar sanitar normalara cavab vermir”
Şəhəri zibilləyənlər cərimələndi
Teqlər:
Məhəmməd Hadi küçəsi, "Həzi Aslanov" metrostansiyası, Raqub Mirzəyev, zibil, ərazi, Xətai rayonu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əsas mövzular