CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Cabbarov vergilər naziri kimi ilk açıqlamasını verdi

© Sputnik / Murad OrujovМинистр образования Азербайджана Микаил Джаббаров
Министр образования Азербайджана Микаил Джаббаров - Sputnik Azərbaycan
Abunə olmaq
Mikayıl Cabbarov: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub"

BAKI, 5 dekabr — Sputnik. "Azərbaycan dövlət qulluqçularının hazırlığı və təkmilləşdirilməsi məsələsində Yaponiyanın təcrübəsini öyrənir".

"Report"un verdiyi xəbərə görə, bunu Yaponiya İmperatorunun ad günü münasibətilə keçirilən tədbirdə Azərbaycanın yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov deyib.

"Azərbaycanla Yaponiya arasında sıx münasibətlərin mövcudluğu ölkələr arasında olan uzaq məsafənin heç bir əhəmiyyətinin olmadığının təzahürüdür" — Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Yaponiyanı müasir dünyaya olan ümumi baxış və milli kimliyin qorunması kimi məsələlər birləşdirir: "Yaponiya ilə Azərbaycan arasında məhsuldar dialoq qurulub".

"Azərbaycanın insan kapitalı — Azərbaycanın gələcəyidir. Buna görə biz Yaponiyanın bu sahədə təcrübəsini öyrənmək üçün yeni imkanlar axtarırıq" — Cabbarov deyib. 

Xəbər lenti
0