CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda görünməmiş olay: sərnişin vaqonların arasına girdi

© Sputnik / Murad OrujovСтанция метро Нариман Нариманов
Станция метро Нариман Нариманов - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişin hərəkət edən qatarın 1-ci və 2-ci vaqonları arasında getməyə cəhd göstərib

BAKI, 4 dekabr — Sputnik. Bakı metrosunda görünməmiş olay yaşanıb. Sputnik Azərbaycan xəbər verir ki, saat 18:45-də Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonlarının arasında getməyə cəhd göstərib.

Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı, yaşana biləcək bədbəxt hadisəyə də mane olublar. Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində polis şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.

"Bakı metropoliteni" QSC sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər.

Xəbər lenti
0