19:36 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9658
Honkonqlu turistlər Coi və Roi

Honkonqlu turistlər Bakıda xaş yedilər və heyran oldular

© Sputnik / Kemale Aliyeva
CƏMİYYƏT
Qısa URL
200 0 0

Honkonqlu turistlər: "Bakı bizi öz gözəlliyi, müasir və tarixi memarlığın uyğunluğu ilə heyran edib, buradan getmək istəmirik"

BAKI, 3 dekabr — Sputnik. "Bakı bizi öz gözəlliyi, müasir və tarixi memarlığın uyğunluğu ilə heyran edib, buradan getmək istəmirik".
Bunu Sputnik Azərbaycan-a müsahibələrində Honkonqlu turistlər Coi və Roi danışıblar. Onlar velosipedlə dünyanın bütün ölkələrini dolaşmaq fikrindədirlər.

Müsahibə yerli milli mətbəx restoranlarından birində baş tutub. Rəfiqələr burada yerli mətbəxin təamlarından olan xaş yeyirdilər. Xaş turistlərin xoşuna gəlmişdi. Səyahət etmək ideyası rəfiqələrin ağlına qəflətən gəlib. Günlərin bir günü onlar həyatlarını kökündən dəyişmək qərarına gəliblər.

  

"Biz yarım il əvvəl Honkonqdan çıxmışıq və bir çox ölkələrdə olmuşuq. Hər bir ölkədə bir neçə gün oluruq, sonra başqa yerə gedirik. Ölkəni əvvəlcədən xəritədə seçirik, sonra onun barəsində əsas məlumatı toplayırıq. Ölkə bizi maraqlandırırsa, yola düşürük" — deyə Roi bildirib.

Lakin heç də bütün ölkələr turist qəbul etmirlər. Məsələn, qızlar Türkmənistanda ola bilməyiblər. Onları ölkəyə buraxmayıblar və rəfiqələr gəmi ilə Qazaxıstana gediblər, oradan Azərbaycana gəliblər. Səyyahların çətinliyi yalnız hava ilə bağlıdır, çünki onların sözlərinə görə, heç də hər yerdə isti deyil, soyuq isə bir çox ölkələrə velosipedlə getməyə mane olur.

Honkonqlu səyahətçilər Coi və Roi
© Sputnik / Kemale Aliyeva
Honkonqlu səyahətçilər Coi və Roi

Onlar artıq 5 gündür ki, Bakıdadırlar və İçərişəhərdəki otellərdən birində qalırlar. Bakı onların xoşuna gəlib.

"Bakı çox gözəl şəhərdir. Biz qərara gəldik ki, muzeylərdə olmayaq və sadəcə müxtəlif küçələri gəzək. Sizin insanlarınız çox qonaqpərvərdirlər, biz soruşanda kömək edirlər, yol göstərirlər. Bu, bizə xoşdur. Daha çox xoşuma sizin marketlər gəldi. Sizdə market həddindən çoxdur" — Coi deyir.

Azərbaycanın milli xörəkləri də onların xoşuna gəlib.
Rəfiqələr Bakıdan ayrılmaq istəmirlər, lakin buna məcburdurlar, çünki hələ getməli çox yerləri var. Azərbaycandan sonra onlar İrana getmək istəyirlər.

Turistlər daha yarım il də səyahət etmək fikrindədirlər. Ondan sonra artıq darıxdıqları vətənlərinə qayıdacaqlar.

Əlaqədar

Rusiyalı turistlər noyabrda Bakıya axın edəcəklər
Ərəb turistlər və acınacaqlı "Yeddi gözəl" "əfsanəsi"
Turistlər üçün vacib məlumat
"Rusiya Günü"nü turistlər məhz bu ölkədə qeyd edirlər
Azərbaycandakı bu kurort rus turistlər arasında ən populyarıdır
Teqlər:
xaş, turistlər, İran, Türkmənistan, Qazaxıstan, Honkonq, Bakı

Əsas mövzular