01:23 26 Fevral 2018
Canlı yayım
Qaz plitəsi, arxiv şəkli

Bakının bir neçə qəsəbəsi qazsız qalıb

© pixabay / PublicDomainPictures
CƏMİYYƏT
Qısa URL
1601

Görülən təmir işləri gecə saatlarında bitəcəyindən “Təhlükəsizlik Qaydaları”nın tələbinə uyğun olaraq təbii qazın verilişi ertəsi gün təmin ediləcək

BAKI, 3 dekabr — Sputnik. Bakı şəhər Sabunçu rayonunun Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında məhdudiyyət yaranıb. 

Sputnik Azərbaycan xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev "Trend"ə bildirib ki, saat 21:05 radələrində Sabunçu rayonu ərazisində 2-ci Zabrat Qaz Paylayıcı Stansiyasından qidalanan Zabrat-Bilgəh diametri 280 mm-lik polietilen orta təzyiqli yeraltı qaz xəttinə paralel gedən, eləcə də istismarı dayandırılmış yeraltı polad qaz kəməri naməlum şəxslər tərəfindən qazılaraq aparılmaq istəyərkən polietilen qaz kəməri zədələnərək deşilmişdir.

Qaz xəttində baş vermiş qəza ilə əlaqədar şəbəkənin qaz təchizatı dayandırılmış, nəticədə Sabunçu rayonu Məhəmmədi və Kürdəxanı qəsəbələrində təbii qaz təchizatında fasilə yaranmışdır. Hazırda Təmir Tikinti idarəsinin qaz qəza xidməti tərəfindən yaranmış məhdudiyyətin aradan qaldırılması üçün işlər aparılır.

Görülən təmir işləri gecə saatlarında bitəcəyindən “Təhlükəsizlik Qaydaları”nın tələbinə uyğun olaraq təbii qazın verilişi ertəsi gün təmin ediləcək.

Yaranmış məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Əsas mövzular