13:18 25 Fevral 2018
Canlı yayım
Hamilə qadın

Bir problemin izi ilə və ya körpələri niyə ac qoyuruq

CC0 / freestocks / Pregnant
CƏMİYYƏT
Qısa URL
96 0 0

Musa Quliyev: "Təklifin icrası qeyri-mümkündür"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Təbabət sübut edir ki, hətta ən vitaminli süni qidalar belə ana südünü əvəz edə bilmir. Ümumdünya Səhiyyə Təşkilatı da ana südünün əvəzolunmaz faydası ilə bağlı müxtəlif maarifləndirici proqramlar həyata keçirir.

Amma son vaxtlar bütün dünyada ana südü ilə qidalanan körpələrin sayının azalması tendensiyası müşahidə olunur. Analar yeni doğulmuş körpələrini süni qida ilə bəsləməyə üstünlük verir, bəzən isə buna məcbur olurlar. Bir çox hallarda bu məcburiyyət ananın kifayət qədər südü olmamasından irəli gəlsə də, digər hallarda iş rejimi ilə bağlı olur. Ana iş yerini itirməmək, rəhbərliyin qəzəbinə tuş gəlməmək üçün körpəsini az qala ilk həftələrdən dayə ümidinə buraxmaq, ana südündən ayırmaq zorunda qalır. 

Azərbaycanda da bu problem çox aktualdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 125-ci maddəsinə görə, analıq məzuniyyəti 126 gündür. Burada 70 gün doğuşa qədər verilən məzuniyyətdir, 56 gün isə doğuşdan sonrakı məzuniyyət müddətidir. Bu müddətdən sonra ana işə qayıtmalıdır. Bundan əlavə, bəzi şərtlər daxilində ananın əmək haqqı almadan 3 ilə kimi analıq məzuniyyətinə çıxmaq hüququ var.

Özəl şirkətlərdə isə vəziyyət daha pisdir. Belə ki, bəzi şirkət rəhbərləri nəinki ödənişli, heç ödənişsiz məzuniyyətə də imkan yaratmırlar və ananı seçim qarşısında qoyurlar: ana ya körpəsini qoyub işə çıxmalı, ya da işdən ayrılmalıdır. Bu isə öz növbəsində körpələrin ana südündən məhrum olmasına gətirib çıxarır.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bir neçə gün öncə bu problemin həlli yolu olaraq maraqlı təklif irəli sürüb. O, bildirib ki, körpənin ilk 6 ay ərzində ana südü ilə qidalandığı nəzərə alınsa, Azərbaycanda analara 4 ay müddətinə ödənişli analıq məzuniyyəti verilməsi yetərli deyil: "Hazırda Azərbaycanda anaya iki ay doğuşdan əvvəl, iki ay doğuşdan sonra məzuniyyət verilir. Bu isə uşağın ilk 6 ay ərzində ana südü ilə qidalanması üçün yetərli deyil. Ona görə də analar körpə dünyaya gələndən sonra ilk 6 ayı ödənişli məzuniyyətə çıxmalıdırlar". 

Sputnik Azərbaycan mövcud problemin həlli yollarını mütəxəssislərdən soruşub.

Hüquqşünas Günel Səfərova UNİCEF rəsmisinin təklifi ilə tam razı olduğunu bildirib: "Analar uşaq doğulduqdan iki ay sonra körpəsini qoyub işə qayıtmaq məcburiyyətində qalırlar. Çünki dövlət qurumlarında əmək müqavilələri var, onlar qanundan kənara çıxa bilməzlər. Özəl qurumlarda və təşkilatlarda isə ananı işə daha erkən qayıtmağa məcbur edən amil iş yerinin itirmək qorxusudur ".

Hüquqşünas xarici ölkələrdə analıq məzuniyyətlərinin fərqli və analar üçün sərfəli olduğunu qeyd edib: "İngiltərədə analıq məzuniyyəti 52 həftə, yəni 1 ildir. Bu müddət ərzində ananın məzuniyyəti tam ödənilir. Bundan əlavə, ana uşağın 3 yaşı tamam olana qədər hər ay maaşının 60 faizi ödənilməklə məzuniyyət götürə bilər. Slovakiyada isə uşağın 6 yaşı olana qədər anaya maaşının 82 faizi ödənilir. Bunlar göstərir ki, bizdən fərqli olaraq Avropada analıq məzuniyyəti ilə bağlı qanunlar daha çox sosiallaşıb. Hətta atalara da məzuniyyət götürmək hüququ verilir". 

Millət vəkili Musa Quliyev isə deyib ki, bu təklifin icrası qeyri-mümkündür və dünyanın heç bir yerində 6 aya qədər ödənişli məzuniyyət yoxdur: “Azərbaycanda doğuşa qədər və doğuşdan sonrakı məzuniyyət müddəti bir çox ölkələrdən yüksəkdir. Ailə, Qadın, Uşaq Problemləri Üzrə Dövlət Komissiyası məsələ qaldırıb ki, doğuşdan əvvəl və doğuşdan sonrakı məzuniyyətin hər biri 70 gün edilsin və ümumilikdə anaya 140 gün ödənişli analıq məzuniyyəti verilsin. Bu məsələ də hökumətin gündəliyindədir".

"1 yaşa kimi uşağa baxmağa və ya 3 yaşa kimi xəstə uşağa baxmağa görə anaya müavinət verilə bilər. Amma bunu əməkhaqqı ilə qarışdırmaq olmaz" – deyə millət vəkili əlavə edib.

Əlaqədar

Azərbaycanda yol kənarında körpə meyiti tapıldı
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü
Bakıda körpə faciəli şəkildə həlak oldu
ŞAD XƏBƏR: İraqda daha bir azərbaycanlı körpə xilas edildi

Əsas mövzular