08:01 19 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9097
BDU yataqxana

Sakinlərə xəbərdarlıq: Üç gün sonra qapılar qıfıllanacaq və proses başlayacaq

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
961801

Bina sakinlərə dekabrın 1-dək mənzillərin boşaldılması ilə bağlı xəbərdarlıq edilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) 8 saylı yataqxanasının sökülməsi nəzərdə tutulub. Hətta sakinlərə dekabrın 1-nə qədər vaxt da qoyulub. Bu barədə Sputnik Azərbaycan-a yataqxana sakinləri məlumat veriblər.

Sakinlər bildirirlər ki, yataqxanada hazırda 30 ailə yaşayır. Onlardan 20-si məcburi köçkün ailələridir. Digər 10 ailə isə Bakı Dövlət Universitetinin müəllimləridir.

Sakinlərə dekabrın 1-dək mənzillərin boşaldılması ilə bağlı xəbərdarlıq edilib. Bundan sonra yataqxananın qapıları kilidlənəcək və yataqxana söküləcək.

Bakı Dövlət Universitetinin 8 saylı yataqxanası
© Sputnik / Irade JELIL
Bakı Dövlət Universitetinin 8 saylı yataqxanası

Sökülən binanın yerində BDU-nun tələbələri üçün yeni yataqxananın tikilməsi planlaşdırılır. Yataqxana sakinləri onu da qeyd edirlər ki, onların harada yerləşdiriləcəyi barədə məlumatları yoxdur: "Dedikləri ancaq odur ki, bizə heç nə verilməyəcək".

Sputnik Azərbaycan-ın əməkdaşı Yasamal rayonu İsfəndiyar Zülalov 68-70-74 ünvanlarında yerləşən yataqxanada olub. Ərazidə görüşdüyümüz şəxslərdən biri mənzillərin tezliklə boşaldılacağı xəbərini təsdiqlədi.

"Mənim bacım bu binada yaşayır. Onlara deyiblər ki, təcili köçün. Yoldaşı ev axtarır. Bacım bundan əvvəl sökülən yataqxanada yaşayırdı. Sonra bura köçürdülər. İndi də bəzilərini 2 saylı yataqxanaya köçürəcəklər. Yazıqlar qalıblar ortada, oradan bura, buradan ora köçürürlər…" — adının çəkilməsini istəməyən sakin bildirdi.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İsfəndiyar Zülalov 68-70-74 ünvanlarında yerləşən 8 və 9 saylı yataqxanaların Layihə İnstitutu tərəfindən qəzalı vəziyyətdə olması ilə bağlı rəy verilib. Rəyə görə, həmin binaların sökülməsi və yerində yenisinin tikilməsi nəzərdə tutulub.

Bakı Dövlət Universitetinin 8 saylı yataqxanası
© Sputnik / Irade JELIL
Bakı Dövlət Universitetinin 8 saylı yataqxanası

"Bu barədə hazırda həmin binalarda yaşayan sakinlərə xəbərdarlıq edilib ki, yerləşmə problemini həll etsinlər. Ancaq onlar üçün konkret vaxt qoyulmayıb. Binalar söküləcək və yerində Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tikiləcək" — P. İbrahimova bildirib.

Əlaqədar

Metronun “Sahil” stansiyası sökülür...
Erməni qəbiristanlığının üstündəki tualet söküləcək
Bakıda evlərin eyvanları sökülür
Bakıda nəhəng söküntü-tikinti planına razılıq verildi
Bakıda qalmaqal: Hökumətin "sökmə" dediyini sökən peyda olub
Bakıda nəhəng söküntü qərarı: icra başçılarına təlimat verilib
Şəhidin heykəlini sökdülər
Teqlər:
8 saylı yataqxana, Sputnik Azərbaycan, BDU, xəbərdarlıq, sakin, Bakı Dövlət Universiteti, mənzil, dekabr

Əsas mövzular