09:58 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
43 0 0

Maşınının oğurlandığını düşünən sürücü avtomobilini avtoparkda tapdı

BAKI, 24 noyabr — Sputnik. İstanbulda maraqlı hadisə baş verib. Belə ki, Sərdar Kulaksız adlı vətəndaşın evinin qarşısından avtomobili oğurlanıb.

Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Sərdar Kulaksız polisə şikayət etsə də, maşın tapılmayıb. 2 il sonra Kulaksıza zəng gəlib və avtomobilinin avtoparkda olduğunu və gəlib aparmasını xahiş ediblər. Maraqlı hadisələr isə bundan sonra başlayıb. Belə ki, ona avtomobilinin avtoparkda qalması üçün 2 il üçün 6 min 600 TL (3 min 300 manat) cərimə cəzası gəlib.

Sərdar Kulaksız maşını axtardığını və iki il ərzində ona nə məktub, nə də zəng gəldiyini deyib və bu səbəbdən şikayət edib: "Şikayət elədim və mənim günahımdan bu qədər cərimə gəlmədiyi aydınlaşdı. Daha sonra 1 500 TL-yə (750 manat) razılaşdıq. Pulu ödəyib, maşını avtoparkdan götürdüm".

Əsas mövzular