CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərbi cinayət törətmiş əsgərin cəsədi Ermənistan tərəfdə tapıldı

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidDövlət sərhəddi, arxiv şəkli
Dövlət sərhəddi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
MN: Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən əsgərin meyiti Ermənistan tərəfdə tapılıb

BAKI, 23 noyabr — Sputnik. Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhrüz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti
0