03:16 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
95 0 0

Faktla bağlı araşdırma aparılır

BAKI, 23 noyabr — Sputnik. Gürcüstandan gələn azərbaycanlının avtomobilindən 2ədəd "Samsung Galaxy J3" və 1 ədəd "Samsung Galaxy J3 Pro" markalı mobil telefonlar aşkar edilərək götürülüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib. Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib və avtomobildə gizlədilmiş telefonlar götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular