06:29 14 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Milli Məclis sədrinin müavini Bahar Muradova

"Hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var"

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
77 0 0

Muradova: "İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik"

BAKI, 22 noyabr — Sputnik. İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentdə büdcənin müzakirəsi zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, vəkillik rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasını vacib sayır: "Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələlərin aydınlaşdırılmasının mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər".

Əlaqədar

Bahar Muradova: “Rusiya Azərbaycanın maraqlarını nəzərə almağı bacarır”
Bahar Muradovadan mühüm açıqlamalar
Bahar Muradova: “Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər”
Bahar Azərbaycana martın 20-də gələcək

Əsas mövzular