10:30 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
CƏMİYYƏT
Qısa URL
148

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində itmiş şəxs səhər saatlarında tapılaraq ailəsinə təhvil verilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 21 noyabr — Sputnik. Quba rayonunda 3 gün əvvəl itkin düşən şəxs tapılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni noyabr ayının 18-in də saat 16:00 radələrində Quba Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsinə gəlib, lakin çıxdıqdan sonra evə geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba rayon Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Əlaqədar

Bu dəfə polis piyada keçidini gözləmədi - Bakıda qəza
Sürücünü 32 km qovan polis sürprizlə qarşılaşdı
Polis 1 milyon manatlıq “Xəncər əməliyyatı” keçirdi – Video
Nardaranda iki polis həlak oldu
Mülki avtomobil polis maşınını qəzaya uğratdı: ölən və yaralananlar var
Teqlər:
Quba Mərkəzi Rayon Xəstəxanası, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu, Quba Rayon Polis Şöbəsi, Almasov Qəni, Quba rayonu

Əsas mövzular