18:37 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
58 0 0

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılıb

BAKI, 21 noyabr — Sputnik. Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyi imzalayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, dəyişiklik qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində edilib.

İndiyə qədərki təsnifatda Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi çıxarılıb.

Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılıb.

 

Əlaqədar

Azərbaycanda məmur saxlanıldı - Vəzifə saxtakarlığı
Azərbaycanlıya digər ölkədə vəzifə verildi
Ramil Usubov 6 nəfərə xüsusi rütbə və vəzifə verdi
Məşhur futbolçuya nüfuzlu təşkilatda vəzifə verildi
Nazirin qardaşı oğluna vəzifə verildi
Teqlər:
Dövlət qulluğu haqqında” qanuna dəyişiklik, Konstitusiya Məhkəməsi, Milli Məclis, Prezident İlham Əliyev

Əsas mövzular