08:37 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Bakı Şəhər halqasının təşkilatçılığı ilə dəyirmi masa

Kənan Quluzadə: "Məqsədimiz çinli turistləri Azərbaycana cəlb etməkdir"

© Photo : BŞH mətbuat xidməti
CƏMİYYƏT
Qısa URL
20820

Bir ay ərzində Azərbaycana İsraildən mindən çox turist gəlib

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 20 noyabr — Sputnik. Bu gün Bakı Şəhər halqasının təşkilatçılığı ilə dəyirmi masa keçirilib. Görüşə Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat Bürosunun rəsmiləri də iştirak ediblər. Dəyirmi masa ətrafında Mədəniyyət və Turizm Nazirliyi Milli Turizm Təbliğat bürosunun mətbuat katibi Kənan Quluzadə və marketinq meneceri Cəmilə Talıbzadə iştirak edib. Jurnalistlərin suallarını cavablandıran qurum rəsmiləri Azərbaycana turistləri cəlb etmək üçün bir çox layihələri gercəkləşdirdiklərini bildiriblər. Onlar yaxın gələcəkdə turizmdən gələn gəlirin neftdən gələn gəlirə bərabər olacağını dilə gətiriblər.

Bakı Şəhər halqasının təşkilatçılığı ilə dəyirmi masa
© Photo : BŞH mətbuat xidməti
Bakı Şəhər halqasının təşkilatçılığı ilə dəyirmi masa

Kənan Quluzadə bildirib ki, Azərbaycanda turizmin inkişafı yalnız Bakı şəhəri ilə yekunlaşa bilməz və bunun üçün regionlarda da turizmin inkişaf etdirilməsi mütləqdir: "Biz Azərbaycanın ən gözəl regionlarında turistləri maraqlandıran və cəlb edən bir çox layihələr həyata keçiririk. Necə ki, ərəbləri cəlb edə bildik, bu dəfə çinliləri cəlb etməyi düşünürük. Bu istiqamətdə işlər gedir. Tezliklə Bakı şəhərində turistlər üçün bələdçilər quraşdırılacaq. Bələdçilər 2 dildə, rus və ingilis dillərində olacaq. Bir sözlə yeni yaranmağımıza baxmayaraq, qısa zaman kəsiyində böyük işlər görmüşük. İşlər çoxdur, sadəcə zamana ehtiyacımız var".

Cəmilə Talıbzadə isə deyib ki, bir çox ölkələrdən turist cəlb etmək üçün araşdırmalar aparılır: "Biz yaxın günlərdə bir neçə layihə həyata keçirdik. Hətta bunun nəticəsində İsraildən Azərbaycana turist cəlb etməyi bacardıq. Belə ki, bir ay ərzində 1000 nəfərdən çox israilli turist Azərbaycana gəlib. Bu da ilk ay üçün yüksək göstəricidir. Növbəti hədəflərimiz Çin və Yaxın Şərq ölkələridir. Ümid edirik, yaxın illərdə bu ölkələrdən turisləri cəlb edə biləcəyik. Bunun üçün əlimizdə bir çox imkanlar var".

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əlavə edib ki, Formula 1 oyunları ölkəyə turist axınını artırıb: "Bakıda keçirilən Formula 1 yarışları Azərbaycanı tanıtmağa və turist marağına səbəb olub. Düşünürəm ki, yaxın illərdə daha çox turist cəlb edə biləcəyik. Bizim də əsas məqsədimiz budur.".

Teqlər:
Nigar Arpadarai, Kənan Quluzadə, Cəmilə Talıbzadə, Azərbaycan, Yaxın Şərq, Çin

Əsas mövzular