21:20 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva

"Sovet ənənələri ilə böyümüş insanlarla indikilər arasında gərginlik yaşanır"

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
53 0 0

Yeganə Hacıyeva: "Cəmiyyətin tolerant olması üçün onun doğru nümunələrlə tərbiyə olunmasına ehtiyac var"

BAKI, 16 noyabr — Sputnik. Tolerantlıq Azərbaycan cəmiyyətinin qədimlərdən gələn ənənəsidir. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.

Mənim hüquqlarım – mənim dövlətim! layihəsi
© Foto : “Tolerantlıq” Sosial Araşdırmalar İB

O bildirib ki, Azərbaycan xalqı öz qonşuluğunda yaşayan xalqlara, dövlətlərə qarşı hər zaman tolerant yanaşıb: "Bu gün cəmiyyətimizdə nəsillər arasında tolerantlığın pozulması tendensiyası müşahidə olunur. Hazırda Sovet ənənələri ilə böyümüş insanlar indiki azad cəmiyyətin insanları ilə münasibətlərdə gərginlik yaşayırlar".

"Cəmiyyətin tolerant olması üçün onun doğru nümunələrlə tərbiyə olunmasına ehtiyac var. Bu gün bəzi dəyərlərin aşınmaya uğramasına səbəb cəmiyyətin problemlərin həllinə yanaşmasıdır. Bizim ümumi cəmiyyətimizdə tolerantlıq mövcud olsa da, ailədə bu, özünü heç də yaxşı nümayiş etdirmir" — Y. Hacıyeva bildirib.

Əlaqədar

IMAGINE Avropa Tolerantlıq Festivalı Bakıda
Robert Sekuta: Azərbaycan dini tolerantlığın canlı nümunəsidir
Mehriban Əliyeva: tolerantlıq ənənələri bizim ölkədə indi də yaşayır
Teqlər:
Yeganə Hacıyeva, tolerantlıq, Azərbaycan, cəmiyyət

Əsas mövzular