08:18 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Bakının unudulmuş qəsəbəsi — Hövsan

Paytaxtımızda unudulmuş məskən: orada yaşayış varmış...

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
391 0 0

"Biz də varıq, bizim də ehtiyaclarımız, tələblərimiz var"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Deyirlər, gözdən uzaq olan, könüldən də uzaq olar. Hövsan qəsəbəsi də gözdən uzaq olduğuna görə, könüllərdən də uzaq düşüb. Sakinlər belə deyirlər…

Bu yaxınlarda yolumu yenə Hövsan qəsəbəsindən salmışdım. Kələ-kötür, tüstü qoxusu gələn küçələr, zibillə qalaqlanmış tullantı qutuları diqqətimi çəkdi. Sakinlərlə söhbətləşmək istədim. Dərhal razılaşdılar. Sanki onlar da uzun müddət idi ki, bu fürsəti gəzirmişlər. Biri qazdan, biri işıqdan, biri zibillərin vaxtaşırı daşınmamasından, digəri yolların bərbad vəziyyətdə olmasından, bir başqası isə marşrut problemindən danışdı.

Kənd sakinləri deyirlər ki, Hövsan unudulmuş qəsəbədir. Zaman keçdikcə, böyüyüb genişlənsə də, heç kəs nə bu qəsəbəni, nə də insanlarını yada salır. Qəsəbə daxili yolların asfalt üzlüyü olmadığı üçün bir az yağıntı olan kimi keçilməz hal alır.

  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
  • Bakının unudulmuş qəsəbəsi — Hövsan
    Bakının unudulmuş qəsəbəsi — Hövsan
    © Sputnik / Murad Orujov
1 / 10
© Sputnik / Murad Orujov
Bakının unudulmuş qəsəbəsi — Hövsan

Kən sakini Vüqar Qurbanov deyir ki, bir otaq tikmək istəyəndə bütün qurumlar başlarının üzərini kəsib 2000-3000 manat tələb edir: "Daşı daş üstünə qoyan kimi özlərini çatdırırlar. Heç olmasa bir evdən aldıqları 3000 manatla yolu təmir etsinlər. Qəsəbəmizin dərdi-səri çoxdur".

"İkinci problemimiz qəsəbədaxili marşrutun olmamasıdır. Qəsəbə genişlənib, indi qəsəbənin kənarlarında yaşayanlar mərkəzə 1 saata gələ bilirlər. Bizə bir avtobus ayrılmır. Bunun yaşlısı, qocası, uşağı, qadını var" — sakin danışır.

V. Qurbanovun sözlərinə görə, kənd sakinlərinin digər bir problemi isə qəsəbədə zibil tullantılarının vaxtaşırı aparılmamasıdır: "Bəzən günlərlə zibillər yığılmır. Çıxırıq, etirazımızı bildiririk, gəlib təmizləyirlər. Səsimizi çıxarmasaq, zibil götürər aləmi".

Bura Hövsandır
© Karikatura
Bura Hövsandır

Sakinlər bildirirlər ki, dolanmaq üçün həyətyanı sahələrini satmaq məcburiyyətində qalıblar. Ancaq buna da alıcı tapmaq böyük problemə çevrilib: "Bizi nə ev tikməyə qoyurlar, nə torpağımızı satmağa icazə verirlər. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Hər dəfə çıxıb dərdimizi demək istəyirik, bizi susdurmağa çalışırlar. Yollarımızın çox hissəsi bərbad gündədir. Gətirib daş tozu töküblər. Bir balaca yağış yağan kimi yol palçıq olur. Əvvəl yenə keçmək olurdu, ancaq daş tozu töküləndən sonra vəziyyət daha acınacaqlı olub".

Kənd sakini Səməd Musayevin sözlərinə görə, zibilləri öz hesablarına təmizlətdirirlər: "Kənd sakinləri məişət tullantılarını, zibillərini kəndin kənarına tökürlər. Yayda burada iyidən-qoxudan dayanmaq olmur. Biz qonşular 5 manatdan yığdıq, "Kamaz"la dolu daşıtdırdıq. İndi bir az azalıb. Qarşıda bir yol var. Axıra kimi zibillə doludur. Heç kimin vecinə də deyil".

Həmsöhbətlərimiz iddia edirlər ki, icra nümayəndəsi torpaqları istədiyi kimi satır: "Olan yazıq vətəndaşa olur. Burada torpaqların sotu 2000 manatdan başlayır. Amma 5-8 minə də torpaq satılır. Torpağı alnlara şəhadətnamə verilir. Sonra o torpaqda heç nə etmək olmur. Hər icazə üçün xüsusi rüsum ödəməlisən. Arada yığılıb dərdimizi demək istəyəndə, icra nümayəndəsi gəlir, danışır, söz verir gedir. Ortada isə heç bir nəticə yoxdur".

Hövsan sakinləri şikayətlərini aidiyyatı qurumlara çatdırmağımızı xahiş edirlər: "Biz də varıq, bizim də ehtiyaclarımız, tələblərimiz var. Ancaq heç bir dövlət qurumu bizim problemlərimizlə maraqlanmır. Biz burda yaşamırıq, sürünürük. Bunu bizim geyimlərimizə baxanda da görə bilərsiniz. İstəyimiz odur ki, heç olmasa yollarımız təmir edilsin, qəsəbədaxili marşrut ayrılsın və qəsəbədə hər addıma görə alınan rüşvət aradan qaldırılsın. Bunlar ki, bəsit və həll olunası məsələlərdir…"

Əlaqədar

Qəsəbədə yeni iki piyada keçidi inşa edilib
Azərbaycanda qorxunc qəsəbə: soyuducunun içində də ilanlar dolaşır
İldırım paytaxtın bu qəsəbəsini susuz qoydu
Səyyar ASAN xidmət bu qəsəbədə olacaq
Şıx qəsəbəsində tikilən istirahət mərkəzindəki uçqunun pərdəarxası
Qaydış qəsəbəsində həyacan
Teqlər:
Hövsan qəsəbəsi, zibil, sakin, yol, insan

Əsas mövzular