CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tam təsadüf nəticəsində bu işə başlamışdı, nəticəsinə baxın

© Sputnik / Ilham AhmadovQəbələ sakini Seymur Cavadov kartondan müxtəlif maketlər hazırlayır
Qəbələ sakini Seymur Cavadov kartondan müxtəlif maketlər hazırlayır - Sputnik Azərbaycan
Abunə olmaq
Seymur bu işlə məşğul olduqda başqa bir dünyanın adamına çevrilir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Bizim bəzən yararsız saydığımız karton kağızları kimin üçünsə olduqca önəmli və dəyərlidir. Məsələn, Qəbələ sakini, 34 yaşlı Seymur Cavadov kartona böyük yaradıcılıq imkanı kimi baxır.

Seymur kartondan müxtəlif ev və digər maketlər hazırlayır. Onun kartonla işə yanaşması isə kreativ və maraqlıdır. Seymuru kartonla işləyən digər şəxslərdən fərqləndirən ən başlıca amil isə, hazırladığı maketləri əşyaları ilə birgə hazırlamasıdır. Tam təsadüf nəticəsində bu işə başlayan S. Cavadov, bunu özünə hobbi olaraq düşünür və qeyd edir ki, bu işlə məşğul olduqda başqa bir dünyanın adamına çevrilir, sanki nağıllar aləminə səyahət edir.

© Sputnik / Ilham AhmadovQəbələ sakini Seymur Cavadov kartondan müxtəlif maketlər hazırlayır
Qəbələ sakini Seymur Cavadov kartondan müxtəlif maketlər hazırlayır - Sputnik Azərbaycan
1/6
Qəbələ sakini Seymur Cavadov kartondan müxtəlif maketlər hazırlayır

2/6

3/6

4/6

5/6

6/6

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Seymur gözünün nuru ilə hazırladığı bütün maketlərdə məişət əşyalarını və aksessuarları xüsusi özəlliklə düzəldir və maketlərə yeni nəfəs verir. Ümumilikdə indiyə kimi 25-dən artıq maket hazırlayan Seymur Cavadov, işlərin heç də rahat başa gəlmədiyini və olduqca böyük zəhmət tələb etdiyini vurğulayır.

Hazırda bir neçə işin üzərində işləyən həmsöhbətimiz, işlədiyi yeni ev maketini isə tam fərqli formada hazırlamaq niyyətindədir. Qəribəsi də odur ki, hazırladığı bütün işlərin özünəməxsus hazırlanma səbəbi var. Hər bir maket məxsusi olaraq hədiyyə və ya sifariş üçün hazırlanır.

Seymurun gələcək planları sərgilərdə iştirak etmək və çətinliklə hazırladığı maketlərin satışını təşkil etməkdir. İndiyə kimi ona sərgidə iştirakla bağlı heç bir təklifin olmadığını bildirən Seymur, gələcəkdə belə bir təklif olsa, məmnuniyyətlə iştirak edəcəyini deyir və layiqi yer tutacağına əmindir. O, gələcəkdə məxsusi mağaza açmaq arzusunu da dilə gətirir.

Xəbər lenti
0