08:03 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
117301

Statistika göstərir ki, 2012-ci ildən başlayaraq, dünyada yeni xərçəng növlərinin 5,5% -i, onkoloji xəstəliklərdən ölüm hallarının isə 5,8% -i spirtli içki ilə bağlı olub

BAKI, 15 noyabr — Sputnik. Təəssüf ki, tibbin köməyi ilə xərçəng probleminin kökünü birdəfəlik kəsmək mümkün deyil. Çarəsi hələ də tapılmadığı üçün xərçəng ölümcül xəstəliklərin siyahısına daxil edilir. Bununla belə xəstəliyin qarşısını almağa kömək edə bilən üsullar var.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, Amerika Klinikasının Onkologiya Cəmiyyətinin mütəxəssisləri “Journal of Clinical Oncology” tibb jurnalına çıxış edərək bildirib ki, hətta azca alkoqol qəbulu onkoloji risk artıran amildir. Odur ki, alkoqolun istehlakını maksimum azaltmaq, yaxud da ondan ümumiyyətlə imtina etmək lazımdır.

Alimlər əmindir ki, hətta cüzi miqdarda spirtli içki qəbulu qida borusu, qaraciyər, süd vəzi, yoğun bağırsaq və qırtlaq xərçənginə tutulmaq ehtimalını artırır.

Aparılan araşdırmalara görə, insanlar alkoqolun təsirini orqanizmdə çox qiymətləndirmirlər. Odur ki, əhalinin problem barədə məlumatlandırılması məqsədi ilə müxtəlif tədbirlər keçirilməsi nəzərdə tutulub.

Statistika göstərir ki, 2012-ci ildən başlayaraq, dünyada yeni xərçəng növlərinin 5,5% —i, onkoloji xəstəliklərdən ölüm hallarının isə 5,8% —i spirtli içki ilə bağlı olub.

Əlaqədar

Xərçəngin dərmanı olan qidalar: Onların hamısı Azərbaycanda var
Siyasi avtoritet xərçəngə tutulub və həkimlər ona "pis proqnoz" veriblər
On saniyədə xərçəng hüceyrəsini aşkar edən cihaz düzəldildi
Xərçəngə və infarkta qarşı inqilabi ixtira
Diqqət: xərçəng xəstəliyinin əlamətlərindən xəbərdar olun
Teqlər:
onkoloji risk, Journal of Clinical Oncology” tibb jurnalı, Amerika Klinikasının Onkologiya Cəmiyyəti, alkoqol, xərçəng

Əsas mövzular