CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Emin Ağalarovun ehtiraslı öpüş səhnəsi şoka saldı - VİDEO

© Photo : Facebook / Мариус ВайсбергКадр из фильма "Ночная смена"
Кадр из фильма Ночная смена - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşaçıların ən çox diqqətini Ağalarovun aktrisalardan biri ilə ehtiraslı öpüşləri cəlb edib

BAKI, 15 noyabr — Sputnik. Sosial şəbəkələrdə məşhur müğənni Emin Ağalarovun çəkildiyi "Gecə növbəsi" Rusiya bədii filminin treyleri təqdim edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, filmin rejissoru Maryus Vaysberq öz facebook səhifəsində filmlə bağlı banneri və videoçarxı yerləşdirib.

Vaysberq "Yüngül əxlaqlı nənə", "Böyük şəhərdə məhəbbət", "8 yeni görüş" kimi filmləri ilə məşhurdur. Yeni film zavoddan işdən qovulmuş və striptizçi işləmək məcburiyyətində qalmış sadə qaynaqçı Maksdan (Vladimir Yaqlıç) bəhs edir. Yeni peşəsini arvadından gizlədərkən o, bir sıra komik və gülünc vəziyyətlərə düşür.

Filmdə əsas rolları Pavel Derevyanko, Sergey Qluşko, Vladimir Yaqlıç, Natalya Bardo, İqor Jijikin, Kseniya Teplova, Valentina Mazunina, Emin Ağalarov, Natalya Boçkaryova və başqaları ifa edir. Tamaşaçıların ən çox diqqətini Ağalarovun aktrisalardan biri ilə ehtiraslı öpüşləri cəlb edib.

Qeyd edək ki, müğənni həmçinin filmin prodüseridir. Komediyanın çəkilişləri Neva şəhərində aparılıb. Filmin premyerası 2018-ci ilin yanvarında baş tutacaq.

Bu film Ağalarovun aktyor kimi debütüdür. Müğənni olaraq Ağalarovun dünyanın məşhur aparıcı şirkətləri Warner Music və Sony ATV Music Publishing tərəfindən lentə alınmış 10 ingilisdilli albomu var.

Ağalarov “World Music Awards”, "Azərbaycandan olan ən yaxşı müğənni", "Qızıl mikrofon", "MUZ TV-nin mükafatı" və digər beynəlxalq mükafatların laureatıdır. O, müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edir. Ağalarov Qriqori Leps və Sergey Kojevnikovla birlikdə hər il Bakıda keçirilən beynəlxalq "Jara" musiqi festivalının təşkilatçısıdır.

Hazırda müğənni Moskva, Sankt-Peterburq və Bakıda ənənəvi konsertlərinə hazırlaşır.

Xəbər lenti
0