04:14 20 Noyabr 2017
Canlı yayım
Hasarın üstünə qoyulmuş çaydan və banka

Tovuz sakinlərinin bəd nəzərdən qəribə qorunma üsulu

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
495 0 0

Burada evlərin ətrafına qoç buynuzu, çaydan, vaza, bakal, nal, üzərlik və bir çox digər əşyalar düzülür

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Tovuz rayonunun "Əmirli eli" adlanan bölgəsində qədimdən qalan qeyri-adi adət bu gün də yaşayır. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qaraxanlı, Əlimərdanlı, Cilovdarlı, Xatınlı kəndlərində sakinlər yaşadıqları evlərin ətrafına qoç buynuzu, çaydan, vaza, bakal, nal və digər əşyalar qoyur və bu üsulla evlərinin qorunduğuna inanırlar. Onların fikrincə, bu əşyalar onların evlərini bəd nəzərdən, xain gözdən qoruyur.

  • Tovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlar
    Tovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlar

1 / 5
© Sputnik / İlham Mustafa
Tovuzda bu əşyalar vasitəsilə bəd nəzərdən, xain gözdən qorunurlar

Rəvayətə görə, insanlar keçmiş zamanlarda evin ətrafına qoyulan hər hansı bir əşya ilə ailə üzvləri barədə məlumat verirlərmiş. Belə ki, girişində qoç buynuzu asılan evdə kənd ağsaqqalının yaşadığı bildirilərmiş. Evin hasarına qoyulan çaydan isə həmin evdə subay qızın varlığına işarə edirmiş. Lakin zaman keçdikcə bu işarələr hamısı bir mənada – nəzər qaytarmaq anlamında formalaşıb.

Qaraxanlı kəndinin yaşlı sakinlərindən olan Münəvvər nənə keçmişdə yuxarıda sadaladıqlarımızdan əlavə evlərin qarşısından tısbağa çanağı, müxtəlif vəhşi heyvanların kəllə skeletləri, hətta qurbağa asanların da olduğunu deyir. O, bütün bunları evə gələn qada-balanın, bəd nəzərin həmin əşyalar tərəfindən dəf edilməsi inancıyla əlaqələndirir.

Sakinlərin bildirdiklərinə görə, divarların üzərinə qoyulan əşyalar sınıq, yararsız və ağır olmalıdır ki, külək və ya digər vasitələr onu yerindən tərpədə bilməsin. İnanca görə, pis niyyətlə həmin evə baxan şəxs yararsız əşyan görən zaman ev sahibi ziyandan uzaq olar.

Əlaqədar

Cadu və futbolun əlaqəsi
"Cadugər" qadını diri-diri yandırdılar
İŞİD-çilər "cadugər"lərin başını kəsdilər
Teqlər:
bəd nəzər, "Əmirli eli", adət, Tovuz rayonu, kənd, sakin, ailə, ev

Əsas mövzular