CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: İnternetiniz kəsiləcək

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidСтрочки с цифрами на экранах компьютера и ноутбука
Строчки с цифрами на экранах компьютера и ноутбука - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər

BAKI, 14 noyabr — Sputnik. Bakıda internet təminatında fasilələr yarana bilər.

Sputnik Azərbaycan Trend-ə istinadən xəbər verir ki, "Bakı Telefon Rabitəsi" MMC-dən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.

Xəbər lenti
0