04:09 20 Noyabr 2017
Canlı yayım
Z.Xəlilov küsəçi 36a, 36b ünvanlı 9 mərtəbəli binaların zirzəmisinə mənbəyi məlum olmayan su dolub

Paytaxtın bu bölgəsində vətəndaşların başı bəladan ayılmır

© Sputnik / Irade CELIL
CƏMİYYƏT
Qısa URL
15311

Binaların zirzəmisinə mənbəyi məlum olmayan su dolub

BAKI, 14 noyabr — Sputnik. Yasamal rayonunda Ə. Cəmil küçəsi 23, 25, 27, M. Şəhriyar küçəsi 5, Z. Xəlilov küçəsi 36a, 36b, 36v saylı binaların arasında, qapalı həyətdə, keçmiş icra başçısı İbrahim Mehdiyevin qanunsuz sərəncamı ilə "ELITE CITY" MMC tərəfindən 16 mərtəbəli yaşayış binası tikilməsinə cəhdin daha bir fəsadı üzə çıxıb.

Z.Xəlilov küsəçi 36a, 36b ünvanlı 9 mərtəbəli binaların zirzəmisinə mənbəyi məlum olmayan su dolub
© Sputnik / Irade CELIL
Z.Xəlilov küsəçi 36a, 36b ünvanlı 9 mərtəbəli binaların zirzəmisinə mənbəyi məlum olmayan su dolub

Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, noyabrın 6-da həyətdə 7 binaya xidmət edən ehtiyat su anbarının dağıdılması və qazıntı işlərinə başlanması, bina sakini R. Məhərrəmovun intihara cəhdindən sonra dayandırılsa da, tikinti şirkətinin özbaşınalığının fəsadları davam edir. Belə ki, tikinti şirkətinin heç bir təhlükəsizlik normalarına riyaət etmədən özbaşına apardığı qazıntılar nəticəsində Z. Xəlilov küçəsi 36a, 36b ünvanlı 9 mərtəbəli binaların zirzəmisinə, mənbəyi məlum olmayan su dolub.

Sakinlər bildirirlər ki, bu gün səhər saatlarından "Azərsu" ASC-nin əməkdaşları binanın zirzəmisinə dolmuş suyu nasoslarla çəkib həyətdə kanalizasiya qurğusuna axıdıblar: "Lakin binanın zirzəmisində su azalmır, əksinə getdikcə artır. Hazırda zirzəmidən bayıra vurulan su kanalizasiya borularına sığışmadığından həyəti su basıb".

Əlaqədar

Binəqədi sakinləri üçün xoş xəbər
“Sakinlər üçün xüsusi endirimlər olacaq”
Bakının mərkəzində intihar dramı yaşanır: sakin bu yolla özbaşınalığa etiraz edir
50 il Bakı sakinlərinin xidmətində dayanan nəqliyyat növü
Teqlər:
Yasamal rayonu, sakin, bina, "Azərsu" ASC, küçə, ev

Əsas mövzular