CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların bu təhlükədən qorunması üçün 1,5 milyon ayrıldı

© Photo : Youtube / ProtectChildrenCAProject Arachnid layihəsinin hazırladığı #BreakTheCycle of Abuse çarxından kadr
Project Arachnid layihəsinin hazırladığı #BreakTheCycle of Abuse çarxından kadr - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumatda bildirilir ki, Avstraliya xüsusi polis bölməsinin üzvlərinin əməliyyatları nəticəsində son üç ay ərzində on minlərlə porno istehsalçıları müəyəynləşdirilib

BAKI, 12 noyabr — Sputnik. İnternetdə uşaq pornoqrafiyasına aid olan 100 mindən çox şəkil itib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniyanın layihəsi olan "Arachnid"-in verdiyi məlumata görə, internetdə yer alan 132 min uşaq pornoqrafiyası şəkli məhv edilib.

Layihə çərçivəsində minlərlə kiçik yaşda olan uşaqların porno fotoları internet səhifələrindən təmizlənib. Bildirilir ki, mütəxəssislər Kanada Uşaqları Qoruma Mərkəzi tərəfindən hazırlanan texnologiyadan istifadə edib. Bu texnologiya ilə şəkillər avtomatik olaraq tapılır və həmin şəkillərin harada olması barədə səlahiyyətli orqanlara məlumat verilir. Məlumatlara görə, son zamanlar İngiltərədə uşaq zorakılığı 64 faizi artıb.

Qeyd olunur ki, Britaniya bu layihənin həyata keçirilməsi üçün 600 min funt sterlinq (1,5 milyon manat) ayırıb. Məlumatda bildirilir ki, Avstraliya xüsusi polis bölməsinin üzvlərinin əməliyyatları nəticəsində son üç ay ərzində on minlərlə porno istehsalçısı müəyyənləşdirilib.

Xəbər lenti
0