CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlarımız nəyə baxır?

CC0 / mojzagrebinfo / tvTelevizor qarşısında uşaq
Televizor qarşısında uşaq - Sputnik Azərbaycan
Abunə olmaq
Belə cizgi filmlərinə baxaraq böyüyən uşaqlar böyüyəndə cəmiyyət üçün potensial pedofil, zoofil və ya cinayətkar olurlar

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 noyabr — Sputnik. Son zamanlar bir çox əcnəbi uşaq kanallarında gündüz saatlarında erotik xarakterli cizgi filmlərinin verilməsi valideynlərin narahatlığına səbəb olub. Bu məsələ daha çox sosial şəbəkələrdə müzakirə edilib. Bir-birini daha diqqətli olmağa çağıran valideynlər belə filmlərin uşaqların psixologiyasına ağır zərbə vuracağından narahat olurlar.

Mütəxəssislərin fikrincə, uşaqların yaşlarına uyğun olmayan filmlər, səhnələr, şəkillər görməsi onların gələcək həyatı üçün ağır zərbə ola bilər. Psixoloq Fərqanə Mehmanqızının sözlərinə görə, cinsi həyat, hamiləlik, seks kimi mövzuların təlqin edildiyi cizgi filmləri uşaqların psixologiyasına ağır zərbə vurur: "Bu mövzular izah edilməsə belə, cizgi filmlərində söyüş söyülməsi, təhqirlərin istifadə edilməsi uşaqlarda davranış pozuntusuna səbəb ola bilər. Uşaqlar belə mövzuları 12-13 yaşından sonra addım-addım öyrənməlidir. Amma bəzi valideynlərin uşaqlarını sakitləşdirmək üçün televizorda uşaq kanalını açıb uşağı oturdur qarşısında. Özü isə ara-sıra uşağına baş çəkir ki, yaxşıdırmı. Uşağın nə izlədiyinə isə fikir vermir. Belə cizgi filmlərinə baxan uşaqlar böyüyəndə cəmiyyət üçün potensial pedofil, zoofil və ya cinayətkar olurlar". 

Девочка во дворе дома, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Müsahibimiz bildirir ki, uşaqlar gördükləri mövzuları öyrənənə qədər, oyun kimi öz aralarında oynayırlar. Bu da uşaqların sağlam mühitdə olmaması deməkdir. Yəni, hansısa uşağın valideyni ona nəzarət etmirsə, məktəbdə, bağçada digər uşaqların da tərbiyəsi, əxlaqı, həyatı təhlükədə olur: "Bəzən valideynlər sevinə-sevinə deyir ki, "oğlum qız sevir", "oğlum qızı öpdü" və s. Bu ifadələr uşağın düzgün tərbiyə edilməməsinin, daha doğrusu nə izlədiyinə diqqət yetirməməsinin nəticəsidir”.

Psixoloq bildirir ki, daha çox 6 yaşına qədər uşaqların davranışlarına, televizorda nə izlədiyinə diqqət yetirmək lazımdır. Çünki bu yaşa qədər olan dövr uşağın mənimsəmə dövrüdür. Həmin dövrdə uşaq nəyi görürsə mənimsəyir və təqlid edir: "Bəzən valideynlər azyaşlı oğlan uşaqlarına küçə söyüşləri öyrədir və bununla qürur duyurlar. Bunun qısa adı tərbiyəsizlikdir. Bu gün elə ifadələr öyrənən uşaq bağçada, məktəbdə yoldaşlarına, müəllimlərinə də eyni ifadələrlə müraciət edəcək, söyəcək. Uşaq ailənin güzgüsü olduğu üçün uşağınızın davranışı sizin tərbiyənizdən xəbər verir".

Ekspert məsləhət görür ki, 8 yaşına kimi uşaqlara gündə 3 dəfə 30 dəqiqə cizgi filmi izləməyə icazə verilməlidir. Uşaqlarla vaxtaşırı izlədikləri cizgi filmləri haqqında fikir mübadiləsi aparılmalı, gördükləri mövzularla bağlı fikirləri öyrənilməli, onlara bu məsələlər daha xırdalığı izah edilməli və ehtiyac olduğu zaman mütəxəssisə müraciət olunmalıdır. Belə ki: 

Uzaqdan idarəetmə pultu, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda telekanalda 18+ cizgi filmi nümayiş etdirildi

6 yaşına kimi uşaqlar nəzarətsiz buraxılmamalıdır. Onların cizgi filmi izləməsi nəzarətdə saxlanılmalıdır.

8 yaşına kimi uşaqlara gündə 3 dəfədən artıq film izləməyə icazə verilməməlidir.

Uşaqlar cizgi filmi izləyən zaman valideyn çalışmalıdır ki, filmi onunla birlikdə izləsin və izah etsin.

Söyüş, təhqiredici ifadələr, cinsi həyat, seks, hamiləlik və s. bu kimi ifadələrdən istifadə edilən cizgi filmləri izlənilməməlidir.

Uşağınızda yaşına uyğun olmayan davranışlar müşahidə etdiyiniz zaman mütəxəssisə müraciət etməyiniz vacibdir.

Xəbər lenti
0