CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayaqqabıda brilyant qaşları keçirmək istəyənlər həbs olunub

© Photo : пресс-служба ГТК АРБриллианты, изъятые у пассажира авиарейса Стамбул-Баку
Бриллианты, изъятые у пассажира авиарейса Стамбул-Баку - Sputnik Azərbaycan
Abunə olmaq
İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb

BAKI, 11 noyabr — Sputnik. Gömrük əməkdaşları külli miqdarda brilyant qaşların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsinə almaz məmulatının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarətindən keçərkən saxlanılıb və üzərində gömrük nəzarətinə bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilən hər hansı əşyanın olub-olmadığı soruşulub. O, belə bir əşyanın olmadığını bildirib.

Daha sonra həmin vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı, vətəndaşın ayaqqabısının sol tayının içərisində 11 ədəd bükümdə müxtəlif ölçülü ağ rəngli qaşlar aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən qaşlar ümumi çəkisi 185,12 karatlıq brilyantdır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0