CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücülərin diqqətinə: Saxta maşın nömrələri satılır

© Sputnik / Murad OrujovAvotomobillər, arxiv şəkli
Avotomobillər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əliyev: "Nömrələr ancaq Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsi və şöbələrində satıla bilər"

BAKI, 11 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi avtomobil nömrələrinin baha qiymətə satılması üçün bəzi saytlarda verilən elanlara münasibət bildirib.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, idarənin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, bəzi saytlarda avtomobilin dövlət nömrə nişanını fantastik qiymətə satışa qoyurlar. Lakin bu elanların heç bir əsası yoxdur:

"Çünki nömrələr ancaq Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan idarəsi və şöbələrində satıla bilər. Bunun üçün də dövlət rüsumu müəyyən edilib. Bəziləri saytlarda elə qiymətə nömrə satışını elan verir ki, heç kim o qədər pulu aparıb bir nömrəyə verməz. Hər bir halda nömrələri kim alsa da, kim satsa da, qeydiyyat prosesi DYP-də həyata keçirilir. Nömrə satmaq qanunla qadağandır və bildiririk ki, insanlar belə elanlara inanmasınlar. O elanların əksəriyyəti yalandır. Orada əks olunan nömrələrin bəzisi mövcud deyil, bəzisi isə tamam başqa adamların avtomobilinin üzərindədir. Odur ki, bu cür cəfəng elanlara inanmayın. Bir daha qeyd edirəm ki, qanunvericiliklə nömərələrin satışı yalnız Dövlət Yol Polisi tərəfindən həyata keçirilir".

Xəbər lenti
0