13:12 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
56 0 0

Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb

BAKI, 8 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı onun 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu il iyunun 14-də Qusarın Hil kəndində fermada yaşayan Gülnarə Saypullayeva qızı, 2012-ci il təvəllüdlü Saypullayeva Luiza Bəxtiyar qızının qəflətən ölməsi barədə polisə məlumat verib. Aparılan araşdırmalar nəticəsində azyaşlının öldürüldüyü müəyyənləşib.

Şübhəli şəxs qismində dindirilən G. Saypullayeva qızını zəhərlədiyini bildirib. O, azyaşlıya içinə həşəratları öldürmək üçün istifadə olunan dərman qarışdırılmış süd içirdiyini deyib.

Əlaqədar

Eldar Mahmudov həbs oluna bilər
Məşhur şirkət rəhbərinin oğlu həbs edildi
Deputatların həbsi tələb olundu
Prezidentə 31 il həbs cəzası verildi
Bu əməli törətməyin, həbs cəzası gəlir
Teqlər:
zəhərləmə, hökm, Qusar, Bakı Ağır Cinayətlər Məhkəməsi, cinayət işi

Əsas mövzular