CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hadi Rəcəblidən daha bir səmərələşdirici təklif

© Photo : REPORTHadı Rəcəbli, Milli Məclisin Komitə sədri
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Komitə sədri: "Azərbaycanda gələn il üçün müəyyən edilmiş ehtiyac meyarına yenidən baxmaq olar"

BAKI, 8 noyabr — Sputnik. Azərbaycanda gələn il üçün müəyyən edilmiş ehtiyac meyarına yenidən baxmaq olar. Çünki 116 manat 2017-ci ilin rəqəmidir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentdə komitələrin birgə iclasında söyləyib.

Komitə sədri düşünür ki, ehtiyac meyarının müəyyən qədər artmasına ehtiyac var: "Çünki ünvanlı sosial yardım məsələsində bu, özünü mütləq göstərəcək. Amma 2018-ci il üçün yaşayış minimumunu təsdiq edirik".

Qeyd edək ki, 2018-ci il üçün Azərbaycanda ehtiyac meyarının 116 manat məbləğində saxlanılması nəzərdə tutulub. 2018-ci ildə yaşayış minimumu 173 manat məbləğində proqnozlaşdırılır.

Xəbər lenti
0