CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mediada kriminal hadisələrin işiqlandırılması müzakirə olundu

© Sputnik / Irade JELILİctimai maraqlar və peşəkarlıq" mövzusunda dəyirmi masa keçirilib
İctimai maraqlar və peşəkarlıq mövzusunda dəyirmi masa keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Eyni zamanda, informasiyalar şişirdilir, cəmiyyətdə qorxu, xof yaradılır"

BAKI, 8 noyabr — Sputnik. Bu gün "Mediada kriminal hadisələrin işiqlandırılması: İctimai maraqlar və peşəkarlıq" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov son günlər ölkə mətbuatının vəziyyəti haqqında danışıb: "Biz "Google"da "Dağlıq Qarabağ", "Bakı – Tbilisi – Qars (BTQ) dəmiryolu", "Fədayə Laçın" və "Qoca" ləqəbli kriminal avtoritet" sözlərini axtarışa verdik. Birinci yerdə "Fədayə Laçın", ikinci yerdə "Dağlıq Qarabağ", üçüncü yerdə "Qoca", dördüncü yerdə "Bakı-Tbilis-Qars dəmiryolu" ifadələri qərarlaşmışdı. Bax bu, Azərbaycan mətbuatının mənzərəsini göstərən vəziyyətdir".

Amaşov qeyd edib ki, dustaqların qatardan qaçması faktı ilə bağlı APA, AzərTAC və "Trend" informasiya agentlikləri rəsmi məlumatlara əsasən xəbərlər yayıb. Digər portallarda isə vəziyyət fərqli olub.

Amaşovun sözlərinə görə, kriminal hadisələr media vasitəsilə ictimaiyyətə öz təsirini göstərir. Buna görə də, kriminal xəbərlərin yayımlanması ilə gizli cinayətlərin sayı çoxalmağa başlayır, cəmiyyətdə sosial gərginlik artmış olur, tolerantlıq azalır.

© Sputnik / Irade JELIL"İctimai maraqlar və peşəkarlıq" mövzusunda dəyirmi masa keçirilib
İctimai maraqlar və peşəkarlıq mövzusunda dəyirmi masa keçirilib - Sputnik Azərbaycan
"İctimai maraqlar və peşəkarlıq" mövzusunda dəyirmi masa keçirilib

O qeyd edib ki, kriminal xəbərlərdə cinayətkarlar qəhrəman kimi təqdim olunur. Cinayətkarların romantikcəsinə təbliğ olunması nəticəsində cəmiyyətdə yeniyetmələrin hüquqi prosesə qoşulmasında əngəllər yaranır: "Kriminal xəbərlərin fonunda ən qorxulusu hüquq-mühafizə orqanları əməkdaşlarının düşmən obrazının yaradılmasıdır. Eyni zamanda, informasiyalar şişirdilir, cəmiyyətdə qorxu, xof yaradılır. Biz nəyə görə cinayətkarları qəhrəmanlaşdırırıq?!"

Daha sonra Prezident Administrasiyasının nümayəndəsi Vüqar Əliyev öz çıxışında Azərbaycan mediasının kifayət qədər zəngin olduğunu bildirib: "Belə ki, hazırda onlarla televiziya, yüzlərlə qəzet-jurnal, internet informasiya resursları, agentliklər fəaliyyət göstərir. Jurnalistlər tam sərbəst şəkildə mövzu seçimini özləri müəyyənləşdirir, heç bir kənar təsir olmadan ictimai müzakirəyə çıxarır və baş verən hadisələrə dair məlumatlar, şərhlər, təhlillər hazırlanır".

V. Əliyevin sözlərinə görə, müşahidələr onu göstərir ki, mövcud vəziyyətdə internet-media dövlət və ictmai maraqları bir qədər unudur. Nəticələri nəzərə almadan vətəndaşlara zərərli mesajlar verilir: "Biz zaman-zaman belə hallarla qarşılaşmışıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar informasiyaların ziyanlı şəkildə təqdim olunması son nəticədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanda informasiya məkanın daha etibarlı qorunması məqsədilə müvafiq qanunvercilik aktının imzalanmasına gətirib çıxardı".

V. Əliyev qeyd edib ki, son günlər müəyyən qlobal hadisələrlə tarixə düşsə də, bir çox internet media cinayətkarı qəhrəman kimi göstərib: "Bu nə dərəcədə düzgündür? Gənclərimiz bundan necə nümunə götürə bilərlər? Kriminal hadisəni qabardıb üzə çıxarmaq kimin marağına uyğundur? Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində 10-a yaxın məlumat təqdim etdilər. Ölkədə fəaliyyət göstərən informasiya resursları arasında ciddi rəqabət mövcuddur. Öz reytinqini yüksəltmək, ona uyğun auditoriya əldə etmək, reklam qazanmaq hər bir media orqanın məqsədidir. Amma cinayətkarların həyat təcrübəsini populyarlaşdırmaqla reytinq qazanmaq olarmı? Düşünürəm ki, daha çox insanları pozitivliyə kökləyən materiallar və məlumatlar verilməlidir".

Daha sonra müzakirələr davam etdirilib.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən toplantıda Şuranın İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ali məktəblərin jurnalistika fakültələrinin müəllimləri və rəsmi şəxslər iştirak edib.

Xəbər lenti
0