05:44 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir

Qadınlarla bağlı monitorinqin nəticələri açıqlanıb və mükafatların təqdimatı olub

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
113210

Ülkər Abdullayeva bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək

BAKI, 8 noyabr — Sputnik. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsini həyata keçirib. Bu gün layihənin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə  qadınların sosial-psixoloji problemləri ilə bağlı layihə çərçivəsində görülən işlərin, aparılan monitorinqlərin nəticələri açıqlanıb. Həmçinin layihə çərçivəsində keçirilən məqalə müsabiqəsinin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim edilib.  

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir
© Sputnik / Murad Orujov
"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsinin yekunlarına həsr olunmuş tədbir

Layihənin rəhbəri, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, layihə çərçivəsində Bakıda və respublikanın müxtəlif rayonlarında (Saatlı, Beyləqan, Şəki, Qax) müvafiq qadın qrupları ilə görüşlər keçirilib, ölkə qadınlarının ümumi problemləri, sosial-psixoloji vəziyyəti araşdırılıb, qadınlarla öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər barədə söhbətlər aparılıb və onlara motivasiya nitqləri söylənilib. 

Respublikada regionlar üzrə qadınların sosial-psixoloji vəziyyəti ilə bağlı monitorinq keçirilib. Bu zaman monitorinqin əsas alətlərindən – informasiyanın toplanması, müşahidələr, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasından istifadə edilib. Qadınların başlıca problemləri araşdırılıb, onları intihara aparan səbəblər müəyyənləşdirilib.   

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir
© Sputnik / Murad Orujov
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayeva

Eyni zamanda "Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları" mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib. Müsabiqəyə 22 məqalə təqdim edilib, onlardan 9-u müsabiqə şərtlərinə uyğun gəldiyi üçün ekspert qiymətləndirilməsinə buraxılıb. Onlardan biri 1-ci yerə, biri 2-ci yerə, üçü isə 3-cü yerə layiq görülüb. 

Ülkər Abdullayeva bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək.

Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək layihəsinin yekunlarına həsr olunmuş tədbir
© Sputnik / Murad Orujov
"Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək" layihəsinin yekunlarına həsr olunmuş tədbir

Daha sonra layihə rəhbəri tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib. 

Tədbirdə "XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, Gənc Demokratlar İnstitutunun prezidenti Yeganə Hacıyeva, "Qadın Liderliyi Uğrunda" İB-nin sədr müavini Nərmin Şamilova, Xəzər Universitetinin “Dünya” məktəbinin pedaqoqu Vəfa Vəliyeva, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə və digər iştirakçıları öz fikir və təkliflərini səsləndiriblər. 

Əlaqədar

"Övladını öldürənlərə qarşı cəzalar ağırlaşdırılmalıdır"
Fədayə kimi ola bilməyənlərin rəzaləti
Bizə atılan daşlardan bina tikəcəyik
Teqlər:
"XXI Əsrin Qadınları" İctimai Birliyi, "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi, Yeganə Hacıyeva, Mahirə Əmirhüseynova, Ülkər Abdullayeva, İlqar Vəlizadə

Əsas mövzular