14:03 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8947
Müğənni Fədayə Laçın

"Qoca" epopeyası davam edir

© Photo: Facebook / fedaye.lacn
CƏMİYYƏT
Qısa URL
192 0 0

Vəkil qeyd edib ki, o, bu gün müvəkkili ilə görüşüb

BAKI, 7 noyabr — Sputnik. Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) məhkəməyə müraciət edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili deyib. Vəkil qeyd edib ki, o, bu gün müvəkkili ilə görüşüb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 23.10.2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş Azərbaycan vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. "Qoca" ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman

Əlaqədar

"Lotu Quli"nin azadlıqda ilk görüntüsü yayıldı
Qaçan məhbuslar "Lotu Quli"nin adamlarıdır?
Müğənni Fədayə Laçınla bağlı ilginc xəbər: daha bir qadın tutuldu
Qaçan məhbuslarla bağlı şok xəbər: tanınmış müğənni həbs olundu
"Qoca" olayından yeni xəbər var
"Qoca"nın ortağı ilə bağlı yeni məlumat var
Teqlər:
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Daxili İşlər Nazirliyi, Fədayə Laçın, Əli Ağami, Etibar Məmmədov

Əsas mövzular